12 iyun bazar günü axşam saatlarından etibarən Zeynəbiyyə Camesi ətrafında toplanan minlərlə insan birlik və bərabərlik şüarları ilə coşqularını dilə gətiriblər. Axşam namazında "Zeynəbiyyə Camisi"ni dolduran insanlar namazdan sonra Türkiyə cəfəriləri lideri Səlahəddin Özgündüzün nitqini dinləyib.
Çıxışında vəhdət və bərabərliyin əhəmiyyətinə toxunan Özgündüz Zeynəbiyyəliləri mətanətli duruşlarından ötrü təbrik edərək demişdir: "Bizim birliyimiz kimsəyə qarşı deyildir. Biz daha geniş bir şəkildə vəhdəti təmin etmək üçün daxili birliyimizə diqqət edirik. Gazi Məclisimizə verdiyimiz bir mərhələlik fasilədən sonra biri şərqdən, biri qərbdən olmaqla iki gənc, dinamik və ağıllı vəkil göndəririk. Biz kimsənin təzyiqi altına girmədik, girmərik. Haqq etdiyimiz iki vəkil deyil, ən azı beş qatıdır"..
Çıxışı zamanı S.Özgündüzün sözləri tez-tez salavat və təkbirlərlə kəsilib. Onun çıxışından sonra mərasim iştirakçıları Zeynəbiyyə küçəsini dolduraraq cameənin yeni seçilmiş millət vəkili Əli Özgündüzü təbrik etmişlər.
/Deyerler.Org/
13 Haziran 2011