Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Hacı İlqar İstanbulun ?Zeynəbiyyə? məscidində xütbə söylədi

İçərişəhər Cümə məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Avropa səfərindən dönmə mərhələsində bir sıra elmi araşdırmalar və dini-elmi görüşləri həyata keçirmək üçün Türkiyə Cümhuriyyətinə səfər etmişdir. 

19 Nisan 2011
Hacı İlqar İstanbulun ?Zeynəbiyyə? məscidində xütbə söylədi

O, İstanbulda Türkiyə Əhli-Beyt (ə) yolçularının geniş tanınmış mərkəzlərindən olan Halkalıda yerləşən Zeynəbiyyənin qonağı olmuşdur. Hacı İlqar mərkəzdə İstanbul Cəfəri Alimləri Ali Müşavirə Heyətinin üzvü, Zeynəbiyyə məscidinin imamı Hacı Həmid Turan və “Zeynəbiyyə”nin Sosial və Mədəni İşlər məsulu Qasım Alcanla görüşmüşdür. Görüş zamanı dünyadakı İslamofobiya, Qarabağ və bölgədə baş verən hadisələr müzakirə olunmuşdur.

Günün sonunda İstanbulun “Zeynəbiyyə” məscidində məğrib və işa namazlarından sonra Hacı İlqar Əyyami-Fatimə (s.ə.) münasibətilə xütbə söyləmişdir. Xütbə zamanı Əyyami-Fatimə (s.ə.) zikri-müsibəti edilərkən, o cümlədən Qarabağda və günümüzdə Bəhreyndə baş verən faciələr xatırlanmışdır.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.