Halkalı Zeynəbiyyə məscidində cümə xütbəsində minlərlə insana üzünü tutan Özgündüz bunları deyib: "Bizim üçün seçmək haqqımızla bərabər, seçilmə haqqımızı da xatırlayan və siyahılarında bizi namizəd kimi göstərən partiyalara səsimizi verəcəyik. Bizim 20 millət vəkili ilə təmsil oluna biləcək qədər elektoratımız var.
Bizim mövqeyimiz hər zaman belə olub ki, partiyalardan hansı mümkün olan yerlərdə bizim namizədi öz siyahısına salarsa, biz səsimizi ona verərik. Ürəyimizdən başqa partiya keçsə belə, səsimizi bizə seçilmə şansı verən partiyaya verəcəyik."
Deyerler.org