26 Fevral 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində törətdikləri cinayəti dünyaya göstərmək məqsədi ilə 26 Fevral Şənbə günü Azərbaycan Birlik Təşkilatının təşəbbüsü ilə Istanbul Taksim meydanında bir yerə toplaşan gənclər şəhidlərin simvolu olaraq eyni anda yerə uzandı. Könüllülər arasinda azərbaycanlılardan başqa Türkiyədə təhsil alan yerli və xarici tələbələr və elmi işçilər var idi. Bu gənclər Xocalıda şəhid olan 613 məsumu təmsil edirdilər.
Bu vəhşəti diqqət mərkəzinə gətirmək məqsədilə gənclər belə bir vizual və sivil üsulla dünyanın diqqətini öz üzərlərinə çəkmək istədilər.
Gənclər adından söz alan Azərbaycan Birlik Təşkilatı həmsədrlərindən Nurlan Kərimov “Bizlər , azərbaycanlı , türkiyəli və Türkiyədə yaşayan xarici vətəndaşlar olaraq Qarabağ Türklərinin timsalında bütün insanlığın varlığını sarsıdan Xocalı faciəsinin 19-cu ildönümü ərəfəsində azalmayan kədərimizi sizlərlə bölüşməkdəyik.
Azərbaycan Birlik Təşkilatı və Azərbaycan gəncliyi olaraq buradan dünyaya səslənirik: -Tam 87 il əvvəl baş vermiş hadisələri incələyənlər nəyə görə yaxın keçmişdə Qarabağımızda yaşanan amansızlıqlara susur və göz yumurlar?
Xocalı faciəsində dünyasını dəyişən həmyerlilərimizə Allahdan rəhmət diləyir və bütün türk dünyasına başsağlığı veririk.” deyərək mətbuat açıqlamasını bitirdi.
Mətbuata verilən açıqlamadan sonra gənclər məkanı tərk etdilər və belə bir böyük miqyaslı və diqqət çəkən aksiya insidentsiz başa çatdı.
Göstərdiyi hər cürə dəstəyə görə Zeynebiye Gənclərinə çox təşəkkür edirik.
26 Şubat 2011