Həmid Turan deyir: “Əhli-Beyt (ə) məktəbinin təbliğat prosesi çox çətinliklə başladılmışdır. Xüsusilə də bizə qarşı çoxlu təzyiqlər edilmiş və məhdudiyyətlər qoyulmuşdur. Bizi rəhmətlik İmamın (r) təbliğçisi adı ilə çox incitdilər. O zaman Türkiyə Cəfərilərinin lideri Şeyx Səlahəddin Özgündüz “Zeynəbiyyə”nin rəhbəri idi və mən də islam ideallarını müdafiə edirdim. Ona görə də bizə çox əziyyət verirdilər”.
Məscidlərin sayı dərhal artırıldı
Həmid Turan deyir: “O zaman Səlahəddin bu fikirdə idi ki, əgər bizim bir məscidimiz olsa, onu rahatlıqla bağlaya bilərlər. Ancaq əgər Əhli-Beyt (ə) davamçılarının bir neçə yerdə məscidi olarsa, bizimlə az mübarizə edərlər. Ona görə də Əhli-Beyt (ə) davamçılarının məskunlaşdığı ərazidə məscidlər açmağa başladıq. Belə ki, “İmam Əli (ə)”, “İmam Həsən (ə)”, “İmam Hüseyn (ə)”, “İmam Zeynəlabidin (ə)”, “Həzrət Əbu Talib” məscidləri təsis edildi. O zaman “Hürriyyət” qəzeti böyük səs-küylə Əhli-Beyt (ə) davamçılarının məscidlərinin artdığını xəbərdarlıq etmişdi.
Ələvilər və əhli-təsənnün ilə dostluq rabitələri
Həmid Turan deyir: “Əhli-təsənnün və ələvilərlə gözəl rabitədəyik. Bizim rabitəmiz hörmət üzərindədir. Onlar da bayramlara, simpoziumlara və hətta televiziya kanallarına Əhli-Beyt (ə) davamçılarını dəvət edirlər. Hətta dörd ilə yaxındır ki, dövlət kanalları Məhərrəm ayı, Qədr gecələrində Əhli-Beyt (ə) davamçılarının görkəmli şəxsiyyətlərini dəvət edirlər.
Məscidləri evlərin içərisinə çatdıraq
Həmid Turan deyir: “Bina evlərində məskunlaşmaq mədəniyyətinə diqqət edərək, belə düşünürük ki, məscidləri peyk kanalları təsis edərək, evlərin içərisinə çatdıraq. Əlbəttə televiziya kanalı təsis etmək çox bahalıdır. Hal-hazırda ona imkanımız yoxdur. Ancaq böyük Zeynəbiyyə mədəniyyət müəssisəsini inşa edərək və onun da yanında ticarət pasajı açaraq, bu mühüm məqsədə çatmağa çalışırıq. Ümid edirik ki, Əhli-Beyt (ə) davamçılarının ilk televiziya kanalını işə salacağıq. Hal-hazırda “Zeynəbiyyə” internet kanalı fəaldır. Bu sayt tələbələr və mədəniyyət işçiləri tərəfindən izlənilir”.
06 Ocak 2011