Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Ərdoğan: ?Həzrət Hüseynin (ə) şəhadəti - ölüm deyil, əksinə dirilişdir?

Deyerler.org: Artıq xəbər verdiyimiz kimi, bu il Türkiyənin İstanbul şəhərində Halkalı meydanında keçirilən möhtəşəm Aşura mərasiminə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri də qatılıb. 

16 Aralık 2010
Ərdoğan: ?Həzrət Hüseynin (ə) şəhadəti - ölüm deyil, əksinə dirilişdir?

Böyük izdiham içərisində Rəcəb Tayyib Ərdoğan, dövlət naziri Faruk Çelik, İstanbul valisi Avni Mutlu və bəzi millət vəkilləri onlar üçün ayrılmış yerə keçid alıb. Ərdoğan meydanda alqışlarla deyil, salavatlarla qarşılanıb. Ərdoğanı Türkiyə Əhli-beyt (ə) davamçılarının lideri Səlahəddin Özgündüz qarşılayıb.

İlk öncə Səlahəddin Özgündüz çıxış edib. “Hər məzhəbdən, hər millətdən, hər kəsimdən olan insanlar İmam Hüseynə (ə) olan məhəbbətlərini izhar etmək üçün bir araya gəlib. Burada müşahidə edilən mənzərə, bəzi dar düşüncəlilər, marqinal qruplar və aramıza nifaq toxumları səpməyə çalışan qüvvələr üçün bir dərsdir. Cənab baş nazir! Siz buraya gəlməyinizlə bəzilərini üzdünüz. Dövlət-millət bərabərliyini ortalığa qoymağınızla, müsəlmanların arasına ədavət salmaq istəyən xarici qüvvələri çox üzdünüz”, - deyə Özgündüz bildirib və göz yaşlarını saxlaya bilməyib.

Bunun ardınca çıxış üçün söz baş nazir Ərdoğana verilib. Ərdoğan ilk əvvəl İmam Hüseynin (ə) şəhadəti münasibətilə dünya müsəlmanlarına başsağlığı verib. “Bu böyük matəm günündə İmam Hüseyn (ə) başda olmaqla, Kərbəlada şəhid olanlar münasibətilə müsəlmanlara başsağlığı ərz edirəm. Dünya müsəlmanlarının Kərbəla şəhidləri ilə məhşur olmalarını diləyirəm”, - deyə Ərdoğan bildirib.
Baş nazir Əba Əbdillahın (ə) məqamına da toxunub. “Həzrət Peyğəmbərdən (s) “Əhli-beytdən (ə) kimi ən çox sevirsiniz?” soruşulan zaman, heç düşünmədən “Həsən (ə) və Hüseyni (ə)” deyərdi. Bundan başqa Peyğəmbərimiz (s) söyləyib ki, “Hüseyn (ə) - məndəndir (s) və mən (s) də Hüseyndənəm (ə)". Hüseyni (ə) sevən Allahı sevər, Allahı sevən Hüseyni (ə) sevər. Həzrət Hüseyn (ə) 1370 il bundan qabaq öz ailəsi və silahdaşları ilə birlikdə tarixin ən böyük qətliamı olan Kərbəlada şəhadətə qovuşub. O gündən bəri, şübhəsiz ki, ürəyimiz yanır, qəlbimizdən qan axır. O gündən bəri dualarımız, mərsiyələrimiz ilə həmin müsibəti anırıq. O gündən bəri yer üzünün, ərşin mələkləri ağlayır”, - deyə Ərdoğan bildirib.

Baş nazir İmam Hüseynin (ə) şəhadət məqamlarına da toxunub. “Həzrət Hüseynin (ə) şəhadəti - ölüm deyil, əksinə dirilişdir. Vida deyil, qovuşmadır, bir son deyil, bir başlanğıcdır, ayrılıq deyil, bir qovuşma, bütünləşmədir. Ərşin göz yaşları tökdüyü o mübarək insanın şəhadəti - qardaşlıq vəsiləsidir. Kim ki, insanlığın bölünməsi üçün Kərbəla faciəsinin üstünü örtməyə çalışarsa, bilin ki, Həzrət Hüseynin (ə) əziz xatirəsinə haqsızlıq edib".

Baş nazir Ərdoğan günün Kərbəlalarına da toxunub: “1370 ildir ki, Kərbəla acısını yalnız 10 məhərrəmdə deyil, hər zamanda ürəyimizdə daşıyırıq. Bir məsumun qətlə yetirildiyini duyduğumuzda, Kərbəlanı, Həzrət Həsəni (ə), Həzrət Hüseyni (ə), Əli Əkbəri xatırlayır, insanların qəlb telləri titrəyir. Biz dünyanın harasında olmasından asılı olmayaraq, yeni Kərbəlalar görmək istəmirik. Pakistanda, Yəməndə, İraqda məscidlərdə bombalar partladılan zaman inanın ki, qollarımız yanımıza düşür, qəlbimiz inləyir. Təkrar-təkrar içimizdə Kərbəla yaşayırıq. Günahsız insanları qətlə yetirmək - alçaq bir cinayətdir. Bu gün - müqavimət günüdür. Bu gün paylaşma günüdür. Matəmləri ortaq olan millətin gələcəyi də, idealları da ortaqdır. Həzrət Peyğəmbərin (s) əziz nəvələrinə qıyanlar, bu qətliama səbəb olanlar öz şəhadətləri ilə acı da olsa bizə qardaş olmağı, düşmənə qarşı birləşməyi öyrətmədimi? Mən bir daha bu hüznlü gün münasibətilə İmam Hüseyni (ə) yad edir və başsağlığı verirəm. Allahın salamı Hüseynə (ə) və Əhli-beytə (ə) olsun!”, - deyə Ərdoğan fikrini yekunlaşdırıb. Onun çıxışı zamanı bir neçə dəfə salavatlar ucalıb.

/Deyerler.org/

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.