Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyə cəfərilərinin lideri Ermənistanla imzalanmış protokollardan narazılığını baş nazir Ərdoğana şəxsən çatdırıb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan şiə cəfərilərin İstanbulun Halkalı rayonu ərazisində təşkil etdikləri Aşura mərasimində iştirak edib. 

16 Aralık 2010
Türkiyə cəfərilərinin lideri Ermənistanla imzalanmış protokollardan narazılığını baş nazir Ərdoğana şəxsən çatdırıb

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan mərasimə Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüzlə birlikdə gəlib. Həzrət Hüseynə və digər İmamlara həsr olunmuş mərsiyələrin söylənildiyi matəmdə R. T. Ərdoğan çıxış edib. O, bütün Türkiyə müsəlmanlarını qardaşlığa çağırıb.

S.Özgündüz baş nazirlə söhbətində Türkiyədəki şiələrin problemləri ilə yanaşı, Ermənistanla imzalanmış protokollara da toxunub. O, protokollarla bağlı Türkiyə ilə Azərbaycan arasında yaranan soyuqluqdan danışıb: “Mərhum Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Hörmətli baş nazirimiz “Qarabağ məsələsi həll olunmadan bu protokollar həyata keçirilməyəcək” deyib. Mən buna inanıram”.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.