Dekabrın 3-ü Cümə günü "Zeynəbiyyə" məscidindəki cümə xütbəsində minlərlə insana səslənən Özgündüz, "Bu Aşurada sevimli baş nazirimiz və onunla bərabər bir neçə nazir və millət vəkilləri tədbirimizdə iştirak edəcəklər. Mənə bu barədə nazirlikdən, tədbirdə iştirak edəcək millət vəkillərindən və yerli icra orqanlarından məlumatı təsdiqləyiblər. Həmişə arzu etdiyimiz bu idi. Dövləti və milləti yan-yana və əl-ələ görmək idi. Bu tədbirdə iştirak bunun gözəl nümunələrindən biri olacaq", - deyə qeyd edib.
Aşuranın yaxınlaşdığını, gələn həftə çərşənbə axşamı günü Məhərrəm ayının ilk günü olduğunu xatırladan Özgündüz, lazımlı olan bütün hazırlıqların qüsursuz tamamlanmasını istəyib. Bu il qonaqlara "Zeynəbiyyə" məscidində və Mədəniyyət Mərkəzində ehsan veriləcək.
Dünyada keçirilən möhtəşəmliyinə görə Aşura Matəm mərasimlərindən seçilən Halkalı matəm mərasiminə hər il müxtəlif bölgələrdən yüz minlərlə insan qatılır. YUNESCO tərəfindən nümunəvi Aşura Matəm tədbiri kimi qəbul edilən Halkalıdakı mərasimlər yerli və xarici televiziya kanalları vasitəsilə maraqla izlənilir.
Qeyd edək ki, hər il keçirilən Beynəlxalq Aşura Matəm Mərasiminə ildən ilə daha da maraq artır.