İslam-Azeri.az internet qəzetinin Türkiyədəki xüsusi müxbirinin verdiyi xəbərə görə, aksiya 17 Sentyabrda cümə namazından sonra keçirilib.
Cümə namazının xütbəsində Höccətülislam Səlahəddin Özgündüz bu Qurana qarşı olan təhqirlərin sionistlər etdiyini önə çəkərək deyib: "Əvvəlcə Peyğəmbərimizə qarşı təhqir, karikatura rəzalətləri, indi də bir rahibin bu cür addımı. Nəinki Halkalı möminlərinə, bütün dünya müsəlmanlarına demək istəyirəm ki, bu işin arxasında sionistlər durub. Bu təhqirləri lənətləyən yəhudilər belə var".
Livanda "Hizbullah"ın qələbəsinə işarə edən xətib deyib: "Livanda Əli (ə) dostları Qurana sahib çıxmaqlarına görə ABŞ, İsrail, İtaliya, Fransa kimi dövlətləri məğlub edərək ölkədən qovdu. Heydəri Kərrar dostları 33 günlük müharibədə İsraili rəzil surətdə məğlub etdilər. Niyə bu təhqirlər edilir? Çünki İsrailin modern silahlarının olmasına baxmayaraq Heydəri Kərrar dostları - Qurana sahib çıxanlar sionistləri rəzil etdilər. Buna görə indi onlar bu cür addım atırlar".
Xütbəsi zamanı Quran təhqirlərini lənətləyən xətib müsəlmanların diqqətli olmalatrının və Qurana sahib çıxmalarını vacib sayıb.
Cümə namazından sonra isə Halkalıda yerləşən "Zeynəbiyə" adlanan mərkəzin önündə aksiya keçirilib.
Aksiyada "İsrailə ölüm", "Sionizmə ölüm", "Amerikaya ölüm", "Muhəmməd ümməti, qəbul etməz zilləti" şüarları səsləndirilib.
Etirazçıların əllərində isə, İngilis və türk dillərində yazılmış "Həzrəti İsa (ə) sizin bu məlinizdən utanır", "Qurana uzanan əllər qırılsın", "Məhv olsun İsrail", "Məhv olsun ABŞ" plokatlar tutulmuşdu.
25 Eylul 2010