Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Ermənistan Qarabağ ərazisindən rədd olmalıdır

Nüfuzlu din xadimlərindən olan Ərdəbilin imam-cüməsi Seyyid Həsən Amuli, cümə xütbəsi zamanı bəyan edib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində heç bir uğur əldə etməyib.  

27 Nisan 2010
Ermənistan Qarabağ ərazisindən rədd olmalıdır

Bununla yanaşı alim xatırladıb ki, Ermənistan müraciətə heç bir reaksiya verməsə də, qonşu Azərbaycan İranın bu münaqişəsinin həlli istiqamətində vasitəçiliyini qəbul etməyə razılaşıb. “Müsəlmanlar yenidən Qarabağ məscidlərindən “Allahu əkbər” sədaları eşitməlidir. Dağlıq Qarabağ yenidən Azərbaycan Respublikasının tərkibinə qaytarılmalı, Ermənistan isə Qarabağ ərazisindən rədd olmalıdır”, - deyə imam cümə namaz xütbəsində söyləyib. Həmin namazda Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.

Seyid Həsən Amuli: "Bir gün Qarabağda minarələrdən azan səsi ucalacaq"

“Ermənistan bilməlidir ki ABŞ-ın və İsrail rejiminin ona ürək yandırması boş şeydir, bu, regionda qarşıdurma yaratmaq niyyətindən başqa bir şey deyil. Bu iki ölkənin hiyləsindən nə müsəlmanlara, nə də bölgəyə xeyir olmayacaq”. “FARS” agentliyinin verdiyi məlumata görə, bu sözləri Ali rəhbərin Ərdəbil əyalətindəki nümayəndəsi Seyid Həsən Amuli deyib.O bildirib ki, 20 ildir ki Qarabağ məsələsi həll olunmamış qalıb: “Bunu Azərbaycan və Ermənistan arasıda vasitəçilik edən, guya regionda sülh yaratmaq məqsədi güdən ABŞ və İsrail rejimi edir. İki ölkə arasında vasitəçilik edən təşkilatların bu sahədə bacarıqsız olduqlarının şahidiyik. Onlar durumu bir az da gərginləşdirmək istəyirlər”.

Seyid Həsən Amuli bildirib ki, İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməsinə Azərbaycan müsbət cavab verib, amma Ermənistan bu məsələdə hələ də susur: “Belə görünür ki, Ermənistan İranın bu məsələni dostcasına və sülh şəraitində həll etməsini istəmir. Ernmənistan ABŞ və Qərb ölkələrinin arxasınca getməkdə böyük səhvə yol verir. Ermənistan Türkiyə və Azərbaycanın bu yolda təcrübələrindən ibrət götürməlidir”.

Amuli bildirib ki, İran Azərbaycanın daim inkişaf etməsini arzulayır: “Bu ölkənin hər bir halda haqlarının tapdanması bizə xəcalət verir. Azərbaycan dövləti də bilməlidir ki yadellilər onun yaxşılığını və inkişafını istəmirlər və onlar öz mənafelərinin təminatı üçün Azərbaycana gəlirlər.

Ümid edirəm ki bir gün Qarabağ erməni işğalçıların tapdağından azad olacaq və bu qədim diyarın viran olmuş el-obaları, o cümlədən məscidləri abad olacaq, minarələrindən azan səsi ucalacaq”.

apa.az - Deyerler.org

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.