Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Bakıda Dini Liderlərin Ümumdünya Sammiti

Azərbaycan paytaxtında Dini Liderlərin Ümumdünya Sammiti keçirilir. Sammite Türkiyə Əhli-Beyt (ə) yolçularının lideri Səlahəddin Özgündüz də iştirak edir. 

27 Nisan 2010
Bakıda Dini Liderlərin Ümumdünya Sammiti

Gülüstan sarayında təşkil edilən tədbirin açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Sammiti giriş nitqi ilə açıq elan edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, bu sammitin Bakıda keçirilməsi olduqca mühüm amildir və Azərbaycanın dünyadakı nüfuzundan xəbər verir.

Tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bu sammiti çox böyük əhəmiyyətə mailik hadisə adlandırıb: “Artıq Bakıda dünya dini liderlərinin görüşləri ənənəvi xarakter alıb. Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayıblar. Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. 20 ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının, 10 ilə yaxındır Avropa Şurasının üzvüdür. Bakı ötən il İslam mədəniyyətinin paytaxtı seçilmişdi. Gün gələcək ki, Bakı Avropa mədəniyyətinin paytaxtı seçiləcək. Əsrlər boyu bütün dinlərin və millətlərin nümayəndələri Azərbaycanda bir yerdə yaşayıb. Ölkəmizdən mindən artıq məscid, 11 kilsə, 6 sinaqoq, fəaliyyət göstərir”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və Ümumrusiya patriarxı ikinci Kirill, bütün ermənilərin katolikosu II Qaregin arasında Bakıda keçirilən üçtərəfli görüşün sonunda birgə bəyannamə qəbul olunub. APA-nın məlumatına görə, bəyannamədə bildirilir ki, Bakıda Rusiya pravoslav kiləsinin rəhbəri Kirillin vasitəçiliyi ilə erməni və Azərbaycan xalqlarının dini liderləri bir-birinə olan hörmətlərini izhar etmək, xalqlar və dövlətlər arasında ədalətli sülhə nail olmaq üçün təxirəsalınmaz tədbirlər görmək üçün Bakıda görüşüblər:

“Bu görüşü hələ 1988-ci ildə Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Erməni Apostol Kilsəsi ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsi arasında başlamış sülhməramlı dialoqun davamı kimi nəzərdən keçirərək, əvvəlki bəyanatlarımıza sadiq qalaraq biz xalqlarımızın dinc yanaşı yaşaması prinsiplərinin inkişafına, yalnız danışıqlar yolu ilə bütün tərəfləri qane edən, qarşılıqlı qəbul olunan qərarların hazırlanmasına bundan sonra da yardım göstərəcəyimizə ümid edirik. Qeyd etmək lazımdır ki, bu formatda görüşlərin keçirilməsi ənənəsi Qarabağ problemindən qaynaqlanan Ermənistan-Azərbaycan münaqişəsinin silahlı mərhələsinə son qoyulmasına yardım edib. Bu görüşlər sözsüz ki, münaqişənin dini zəmində münaqişəyə keçməsinin qarşısını alıb”.

Bəyannamədə bildirilir ki, sülhə, əzabkeşliyə və səbrə səsləyən dinin potensialı barışıq qüvvəsi olmalıdır: “İnanırıq ki, bizim birgə səylərimiz millətlərarası ədavəti dəf etməyə imkan verəcək. Mübahisəli məsələlərin hərbi yolla həllinə qayıtmağa yol verməmək həyati əhəmiyyət kəsb edir. Öz sülhə yönəlmiş səylərimizlə insanların indiki düşmənçiliyin aradan qaldırılmasına olan ümidlərini dəstəkləyəcəyik, çünki müharibə davam edərsə, sonu olmayacaq”.

“Biz münaqişənin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik. Sülh və dinc yanaşı yaşamağa nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə ünsiyyəti genişləndirmək lazımdır. Daimi sülh yalnız xoş məram və səmimi niyyət olarsa mümkündür. Ermənistan və Azərbaycan prezidentlərinin səylərini dəstəkləməklə biz onların təşəbbüslərinə yardım etmək istəyirik. Bu baxımdan münaqişənin nizamlanmasına öz töhfəmizi vermək üçün dini liderlər arasında birbaşa dialoqun davamını çox vacib sayırıq. Münaqişənin nizamlanması insanlara müharibə zamanı qovulduqları yurdlarına geri dönməyə imkan verəcək. Biz tərəflərin xoş məram nümayiş etdirərək əsirləri azadlığa buraxması aktını alqışlayır, siyasət və dini xadimlərini bu xeyirxah və humanitar prosesə yönəlmiş səylərini aktivləşdirməyə çağırırıq. Biz barbarlıq hallarını pisləyir və dini abidələrin, xalqlarımızın müqəddəs məbədlərinin qorunub saxlanmasını vacib sayırıq”.

Sənəddə qeyd edilir ki, sülh və anlaşmaya nail olmağın yolu asan deyil: “Bu, çoxlu zəhmət və güclü iradə tələb edir. Lakin uğur qazanacağımıza ümidlərimiz son dərəcə böyükdür”.

Birgə bəyannamənin sonunda vurğulanır ki, “Qoy Tanrı bərəkətli Qafqaz torpaqlarına daimi və ədalətli sülh bəxş etsin, xoşbəxtlik və səadəti xalqlarımızın üzərindən əksik etməsin”.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.