Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Əhli-Beyt (ə) davamçıları ilə Əhli-təsənnün davamçıları arasında münaqişə yaradanların qarşısında durmaq lazımdır.

?Əhli-Beyt (ə) davamçıları ilə Əhli-təsənnün davamçıları arasında münaqişə yaratmaqla İslam ümmətinə ziyan vurmaq istəyənlərin qarşısında dayanmaq lazımdır?  

16 Nisan 2010
Əhli-Beyt (ə) davamçıları ilə Əhli-təsənnün davamçıları arasında münaqişə yaradanların qarşısında durmaq lazımdır.

Nəcəfin imam-cüməsi Əl-Əzhərin şeyxini İraqa dəvət etmişdir

Nəcəfin imam-cüməsi Hüccətil-İslam Sədrələddin Qəbançi Əl-Əzhərin yeni şeyxini Nəcəfi-Əşrəfə dəvət etmişdir. O, Nəcəf şəhərində yerləşən “Fatimiyyə” hüseyniyyəsində cəmlənən Əhli-beyt (ə) davamçılarına demişdir: “Cənab Əl-Təbibin yeni təyinatı münasibətilə onu təbrik edir və ümid edirik ki, İslam dünyası onun köməyi ilə yaxınlaşma və mötədilliyin şahidi olacaqdır”.

“Əhli-Beyt (ə) təfəkkürü ədalətdən, İslami mötədillikdən və hamıya ehtiram göstərməkdən başqa bir şey istəmir. İslam dünyasının başlıca çətinliyi ondadır ki, kafir fitvaları verilir, müsəlmanların qanları tökülür. Əhli-Beyt (ə) davamçıları ilə Əhli-təsənnün davamçıları arasında münaqişə yaratmaqla İslam ümmətinə ziyan vurmaq istəyənlərin qarşısında dayanmaq lazımdır. Nəcəf elmi hövzəsi dini düşüncələr zəminində müzakirələrə və həmkarlığa hazırdır” - deyə imam-cümə vurğulamışdır.

/Deyerler.org/

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.