Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Faxralı məscidin bərpasının dayandırılmasından 200 gün keçir

Ramilə Əliyeva: ?Bu, sadəcə tikinti deyildi, rəsmən icazəsi olan təmir-bərpa işləri idi?  

05 Nisan 2010
Faxralı məscidin bərpasının dayandırılmasından 200 gün keçir

Son dövrlərdə məscidlə bağlı bir sıra narahatlıqlar yaşanmışdı. Belə ki, məscidin yerli mühafizəçiləri oradan uzaqlaşdırılmış, kənd camaatı məscidə buraxılmırdı. Eyni zamanda tarixi-memarlıq abidəsi sayılan Faxralı məscidinin bərpa işləri də bir müddət öncə naməlum səbəblərdən dayandırılmışdı. Əsası 1905-ci ildə qoyulmuş bu məscidin bərpa olunması prosesinin dayandırılmasından 200 gün keçir. “Dəyərlər”in məscidini son durumu ilə bağlı araşdırması zaman isə bəzi maraqlı məqamlar ortaya çıxmışdır. Mövzu ilə bağlı Gürcüstanın “Tolerans” hüquq müdafiəsi təşkilatının layihə koordinatoru Ramilə Əliyeva Deyerler.org-un suallarını cavabandırarkən bildirmişdir: “Məscidlə bağlı durum olduğu kimi qalır. Həmin keşikçilər məscidin mühafizəsində yenidən dururlar. Həmin kənddə hal-hazırda məscidin bərpası üçün heç bir şərait yoxdur. Kənd sakinləri bizimlə söhbətində bildiriblər ki, sakitlikdir. Mən çox təəccüblənmişəm ki, kənd sakinləri bu günə kimi sakitliyi qoruyub saxlaya bilmişlər. Bu günlər ərzində münaqişənin baş verməməsi üçün məscidin ətrafında Gürcüstan polisi də olurdu. Amma məndə olan məlumatlara görə orada artıq polisin də fəallığı yoxdur”.

Amerika Dövlət Departamenti hər il olduğu kimi insan haqlarının vəziyyətinə dair 2009-cu il üzrə hesabatında məscidlə bağlı rəyinə toxunan R.Əliyeva demişdir: “Biz məscidin bərpasının davam etdirilməsi üçün Amerika hesabatının üzərində işlədik. Gürcüstanda bir neçə təşkilatlar da vardır ki, onları da Faxralı məscidinin taleyi çox ciddi narahat edir. Artıq 3-4 ay keçir və məscidin bərpasının davam etdirilməsi hələ ki, mümkün olmur”.
Məscidin bərpasının hansı səbəblərdən əngəllənməsinə gəldikdə isə xanım Əliyeva bildirmişdir: “Məscidin açılışında mən özüm şəxsən iştirak etmişəm. Mən sizə deyim ki, Faxralı məscidinin açılışı zamanı yerli hakimiyyətin nümayəndələri, Borçalı mahalının Kveme-Kartler regionu quberniyasından rəsmi şəxslər də var idi. Yəni bu rəsmən icazəsi olan təmir-bərpa işləri idi, sadəcə tikinti deyildi. 1 əsrdən artıqdır ki, o məscid orada vardır. Eyni zamanda bu məscid tarixi abidədir”.
Novruz bayramı ilə əlaqədar Marneuliyə səfər edən Gürcüstan prezidenti Mixail Saakaşvilinin səfərini xatırladan R.Əliyeva Gürcüstandakı həmyerlilərimizin ölkə başçısına bununla bağlı müraciət edə biləcəyini də istisna etməmişdir: “Faxralı sakinləri tərəfindən belə bir müraciət M.Saakaşviliyə mütləq olunmalıdır”.

Qeyd edək ki, martın sonunda Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində yaşayan azərbaycanlıların məscidi naməlum şəxslər tərəfindən zəbt edilmişdi. Kənd sakinləri hesab edirlər ki, məscidin zəbt edilməsinin arxasında, gürcü parlamentinin keçmiş spikeri Nino Burcanadze və onun partiyasını dəstəkləyən katolikos II İliya dayanır.
Cari il aprelin ilk günündə isə Amerika Dövlət Departamenti insan haqlarının müdafiəsinə dair hesabatında Gürcüstanda yaşayan etnik azərbaycanlıların məsələlərinə dair də söz açılır. Hesabatda Bolnisi rayonunun Faxralı (Talaver) kəndindəki qədim məscidin bərpa işlərinin dayandırılmasına da nəzər yetirilib. Hesabatda həmçinin Gürcüstandakı azərbaycan türklərinin dini etiqad sahəsindəki narahatlıqları təfsilatilə yer almışdır. Hesabat üzərində Emma Bayramova və Ramilə Əliyeva işləmişlər.

Əbazər Əhmədli, /Deyerler.org/

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.