Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Ümumilikdə Azərbaycanın qüvvədə olan Əmək Məcəlləsinə əsasən 8 mart – Beynəlxalq Qadınlar günü həftənin bazar ertəsinə düşdüyündən iş günü olmayacaq. Nazirlər Kabinetinin 2009-cu ilin noyabr ayında qəbul etdiyi qərara əsasən martın 20, 21, 22, 23 və 24-ü Azərbaycanda Novruz bayramı hesab olunur və qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir. Martın 20-si və 21-i həftənin şənbə və bazar günlərinə düşdüyündən, martın 25-i və 26-sı da qeyri-iş günü hesab olunur. Təqvimə əsasən, martın 27-si şənbə, 28-i isə bazar günləridir və həmin günlər də qeyri-iş günüdür. Bununla Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycanda 9 gün qeyri-iş günü sayılır.
Digər istirahət günləri də nəzərə alınsa, ay ərzində Azərbaycanda 14 gün iş olmayacaq.
apa.az
Karabağ ve Türkiye Uçak Kazası Şehitlerine Terhim ve Taziye Programı
Hz. Fatıma (s.a) Arnavutköy’de Anıldı
Hz. Zeyneb'in (s.a) Viladeti Coşkuyla Kutlandı
Zeynebiye Camii Ve Kültür Merkezi Görkemli Bir Törenle Hizmete Açıldı!
