Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Kiyevdə Xocalı Soyqırımı Anılıb

Kiyevdə Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 

22 Şubat 2010
Kiyevdə Xocalı Soyqırımı Anılıb

İrəli”İctimai Birliyindən verilən məlumata görə, Ukraynanın bir sıra aparıcı gənclər təşkilatları fəallarının, tarixçi alimlərin, politoloqların və jurnalistlərin qatıldığı mərasimi Ukrayna Avropa Gənclər Hərəkatının Kiyev şəhər təşkilatının sədri Aleksandra Skiba açaraq 18 il bundan öncə Xocalıda ermənilər tərəfindən törədilmiş bəşəri cinayətin hələ də cavabsız qaldığını bildirib. Xocalıya həsr olunmuş şeir söyləyən Aleksandra Skiba gənc həmkarlarını belə bir qəddar cinayətə qarşı mübariz olmağa səsləyib. Əsrlər boyu Ukrayna xalqının da dəfələrlə soyqırımı və faciələrlə üzləşdiyini bildirən “İrəli” İctimai Birliyinin Ukraynadakı təmsilçisi Cavid Hüseynzadə Xocalıya ədalət kampaniyasına qoşulan ukraynalı həmyaşıdlarına minnətdarlığını çatdırıb. 20-ci əsrin ən amansız faciəsi olan Xocalı soyqırımına hələ də hüquqi siyasi qiymətin verilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirən Ukrayna Avropa Gənclər Hərəkatı fəallarından Xoleç Alesya azərbaycanlı gənclərin bununla bağlı beynəlxalq təşkilatlara və dünya birliyinə müraciət etmək üçün keçirdiyi imzatoplama kampaniyasına qoşulduqlarını bildiriblər.

Tədbirdə Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi, Ukrayna Avropa Gənclər Hərəkatının Kiyev şəhər təşkilatının beynəlxalq şöbəsinin əməkdaşı Roman Qriqorişin, “İrəli” İctimai Birliyinin üzvləri Ayaz Salmanov və Rüfət Süleymanov çıxış edərək fikirlərini bildiriblər. Daha sonra tarixçi Yevgeniy Morin “Ukrayna və Azərbaycanda münaqişə zonalarının formalaşması zəminləri: oxşarlıqlar və fərqlər”, politoloq, “Ukrayna Gənc Politoloqlar İttifaqı” təşkilatının sədri Andrey Yeremenko isə “Demokratiyanın modelləşdirilməsi” oyunu münaqişələrin nizamlanması vasitəsi kimi” mövzularında çıxış ediblər. 

Daha sonra mərasimə qatılanlar Ukrayna Dövlət Televiziyasının aparıcı jurnalisti Georqi Spasokukotskinin və Azərbaycan televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsün Qədiroğlunun ssenarisi əsasında çəkilmiş “Qarabağ tarixin burulğanında” sənədli filminə baxmaqla son iki əsrdə erməni və ermənipərəst qüvvələrin Azərbaycan xalqına qarşı həyata keçirdikləri amansız faciə və soyqırımı siyasəti ilə tanış olublar. Filmdə göstərilənlərin sırf tarixi faktlara əsaslandığını bildirən tarixçi alimlərdən Fərhad Turanlı, Nataliya Rudenko və digər çıxış edənlər Xocalı faciəsinin hələ də cəzasız qalmasını bəşər tarixinin qara ləkəsi adlandırıblar. Toplantıya qatılanlara həmçinin Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar paylanıb.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.