Ərbəin axşamında da Bakı şəhərinin müxtəlif məscidlərində o cümlədən, Sültanəli məscidi, Məşhədi Dadaşməscidi, Cümə məscidi və İranlıların Əhli-beyt (əs) Hüseyyniyyəində matəm mərasimləri keçirilmişdir.
Azərbaycanın digər şəhərləri və rayonları, o cümlədən Gəncə, Astara, Lənkəran, Göyçay və Naxçıvan şəhərlərində də analoji mərasimlər keçirilmişdir.
Bir sıra müsəlman dini icmalar Ərbəin günü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət etmişlər.
Burada minlərlə İmam Hüseyn (ə) aşiqi Kərbəla şəhidləri ilə beyətlərini təzələmişdir. ziyarət zamanı əzadarlıq edilmiş, mərsiyələr deyilmişdir. Ziyarətin sonunda edilən çıxışlar zamanı ümummüsəlman problemlərinə toxunulmuş, o cümlədən, yadelli qoşunların müsəlman torpaqlarından çıxarılması, müsəlman ümmətinin vəhdətinin əhəmiyyəti kimi mövzular bəyan edilmişdir. Ziyarət "Fərəc" duasının cəmlə oxunması ilə yekunlaşmışdır.
Qeyd edək ki, bu il Azərbaycanda Məhərrəm ayı mərasimləri xüsusən Tasua və Aşura günləri də böyük təntənə ilə qeyd olunub.
Kərbəla şəhidlərinin 40 mərasimi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi Səhiyyə Nazirliyi ilə birgə keçirdiyi qanvermə aksiyası keçirilib.
Qanvermə kampaniyası "Əjdərbəy" məscidində, Buzovnadakı "Əli-Qədəmgah" və Şüvəlandakı "Mirmövsüm Ağa" ziyarətgahlarında təşkil edilib.
Kampaniya zamanı toplanacaq qan talassemiya xəstəliyindən əziyyət çəkənlər üçün tədarük ediləcək.