Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

?İran Dağlıq Qarabağ münaqişəsinin həllinə hər cür kömək etməyə hazırdır?

APA-nın Tehrandakı xüsusi müxbirinin məlumatına görə, bunu İranın xarici işlər naziri Manuçöhr Mottaki deyib. 

14 Aralık 2009
?İran Dağlıq Qarabağ münaqişəsinin həllinə hər cür kömək etməyə hazırdır?

İranın xarici işlər naziri Manuçöhr Mottaki bu ölkədə səfərdə olan Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra birgə mətbuat konfransı keçirib.

O bildirib ki, görüşdə İran-Azərbaycan əməkdaşlığının bütün aspektləri, Şimal-Cənub dəhlizi ilə tranzit məsələsi müzakirə olunub, iqtisadi sahədə yeni əməkdaşlıqlar təklif edilib, Astara-Astara dəmir yolunun inşası barədə danışılıb. Qeyd olunub ki, Azərbaycandan Fars körfəzinə və əks istiqamətdə daşınan malların həcmi artırılacaq.

İranlı nazir iki ölkə arasında sərhədyanı əlaqələrə toxunaraq gediş-gəlişin asanlaşdırılmasının vacibliyini vurğulayıb: “İran-Azərbaycan əlaqələri hərtərəfli əlaqələrdir və regionda böyük əhəmiyyətə malikdir”. M. Mottaki görüşdə enerji sahəsində əməkdaşlığı da müzakirə etdiklərinə diqqət çəkərək İranın Azərbaycan vasitəsilə MDB-nin enerji sisteminə qoşulacağını vurğulayıb.

Elmar Məmmədyarov isə həmkarı ilə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığa dair ətraflı müzakirə apardıqlarını söyləyib. Nazir bəyan edib ki, İran regionun sabit ölkəsidir və bu sabitlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün çox böyük önəm daşıyır: “Bu münaqişə nə qədər tez həll olunsa, bölgə üçün o qədər yaxşı olar. Regionun təhlükəsizliyində İranın xüsusi rolu var”. Enerji sahəsində əməkdaşlığa toxunan E. Məmmədyarovun sözlərinə görə, hazırda Azərbaycanla İranın neft-qaz şirkətləri danışıqlar aparır. Naxçıvana İran vasitəsilə gediş-gəlişin həyata keçirildiyini xatırladan nazir, bunun çox önəmli olduğunu deyib. O, mədəni sahədə əməkdaşlığın vacibliyindən də danışaraq Tehranda və İranın digər şəhərlərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcəyini açıqlayıb.

Sualları cavablandıran M. Mottaki bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 600 milyon dollardır: “Bu rəqəmi 1 milyard dollara çatdırmaq istəyirik. Bunun üçün yaxşı potensial var”.

Xəzəryanı ölkələrin Bakı sammitinin hansı səbəbdən yubandığı barədə sualı cavablandıran E. Məmmədyarov isə konkret nəticə verə biləcək sammit keçirmək istədiklərini söyləyib: “Hazırda xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılır ki, sammit nəticəli olsun”.

Apa.az

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.