Məhərrəm ayının və Seyyidi Şühədanın əzadarlıq günlərinin yaxınlaşması ilə əlaqədar olaraq, Kərbəla şəhəri əzadarlıq mərasminə hazırlaşır. Kərbəla şəhərinin təhlükəsizlik qüvvələri Hüseyn (ə) əzadarlarını qarşılamaq üçün hazır olduqlarını xəbər verdi. Başqa tərəfdən də Hüseyni mərasimlərinin proqramları hazırlanır. Bu Hüseynilərin məsul işçisi Riyaz Nemət Suleyman deyir: “Bu proqramda heyətlərdən xahiş olunub ki, nəzm və nizamla, müqəddəs yerlərin ehtiramını saxlamaqla, dini və məzhəbi adət-ənənələrin əksinə ediləcək əməllərdən çəkinmək və təhlükəsizlik qüvvələri ilə əlaqədə olmaq lazımdır”.
Qeyd etmək lazımdır ki, keçən illərdə Aşura günü və Məhərəm ayının başqa günlərində dünyanın müxtəlif nöqtələrindən Kərbəlaya gələn milyonlarla zəvvar Əhli-Beyt (ə) düşmənlərinin terrorist partlayışlarının şahidi olmuşdular. Ona görə bu məsələ təhlükəsizlik qüvvələrinin xüsusi diqqətini tələb edir.
ANS Press