Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Əhməd Davudoğlu: ?Azərbaycanın ərazi bötövlüyü bizim üçün əzizdir?

Türkiyənin xarici işlər naziri müxalifətçi millət vəkilinin sorğusuna cavab verib  

29 Kasım 2009
Əhməd Davudoğlu: ?Azərbaycanın ərazi bötövlüyü bizim üçün əzizdir?

“Ermənistanla aparılan normallaşma prosesində Azərbaycanın maraqları hər zaman qorunub”. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Cümhuriyyət Xalq Partiasından millət vəkili Canan Arıtmanın deputat sorğusuna cavabında bildirib. Nazirin cavabında deyilir: “Azərbaycanın ərazi bötövlüyü bizim üçün Türkiyənin ərazi bütövlüyü qədər əzizdir və bunun təmin edilməsi istiqamətində Türkiyənin diplomatik səyləri hər cür ikitərəfli və çoxtərəfli platformada fasiləsiz olaraq davam etdirilməkdədir. Türkiyə ilə Ermənistan arasında əlaqələrin tək başına normallaşdırılması Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmaması səbəbindən mümkün deyil. Rəsmi Ankara da protokolları imzaladığı zaman bütün bu amilləri nəzərə alıb. Məqsədimiz, bu yolla həm Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması, həm də əziz tutduğumuz Azərbaycanın torpaq bütövlüyünü təmin edəcək sülhə yol açılmasıdır. Protokolların imzalanmasına gəldikdə isə, bu, məclisin qərarıdır”.

Əhməd Davudoğlu Canan Arıtmanın digər sualına cavabında isə bildirib ki, Türkiyə-Ermənistan protokollarının Nabukko layihəsi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan bu layihədə vacib qaz tədarükçüsü kimi qiymətləndirilən ölkədir. Bununla yanaşı, sonrakı mərhələlərdə Türkmənistan və İraq təbii qazının da nəqli variantı mümkündür. Azərbaycan qazının bu layihə çərçivəsində nəqli Azərbaycan ilə Avropa arasında mühüm bir siyasi əlaqənin yaranmasına da səbəb olacaq. Boru xəttinin Ermənistanla normallaşma prosesi ilə heç bir əlaqəsi yoxdur.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.