Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Serj Sarkisyan da müharibə bəyanatı verdi

Rəsmi İrəvan daxili auditoruyada olduğundan güclü görünməyə çalışır  

29 Kasım 2009
Serj Sarkisyan da müharibə bəyanatı verdi

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Lakin biz Dağlıq Qarabağa əl uzadılmasına imkan verməyəcəyik və buna ən sərt üsullarla cavab verməyə hazırıq”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının qurultayındakı çıxışında deyib.

Serj Sarkisyanın sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinə sadiqdir: “Əsas prinsiplər bizim hədəfimiz olub və indi də belədir. Biz bu prinsiplər əsasında danışıq aparırırıq. Aydındır ki, münaqişənin nizamlanması həddindən artıq çətin prosesdir. Yekun qərarın qəbulu üçün illər lazım ola bilər. Lakin nizamlamanın hazırkı mərhələsi ümid verir ki, ağılabatan müddət ərzində məsələnin məntiqi həllinə nail olmaq mümkündür”.

Serj Sarkisyan qeyd edib ki, münaqişələr yalnız ədalətə və ağıllı qarşılıqlı güzəştlərə söykənən həlli sabit və uzunmüddətli ola bilər: “Öz torpaqlarında yaşayan xalqların koloniyalaşdırılması dövrü keçib. Biz bəyan edirik ki, münaqişə Dağlıq Qarabağ xalqının kollektiv iradəsi əsasında həll olunmalıdır. Bu halda sülh uzunmüddətli və real ola bilər”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhen görüşü ərəfəsində verdiyi müharibə bəyanatı Ermənistanda ciddi narahatlıqla qarşılanıb. İqtisadi böhrandan sürünə-sürünə çıxmağa çalışan və hərbi xərclərini azaltmaqda davam edən Ermənistan hakimiyyəti hərbi qüdrətini ilbəil artıran Azərbaycanın müharibə yoluna əl atacağından ehtiyatlanır. Amma Serj Sarkisyan rejimi daha çox daxili auditoruyaya hesablanmış bəyanatlarla özünə haqq qazandırmağa, olduğundan güclü görünməyə çalışır. Ermənistan prezidentinin öz partiyadaşları qarşısındakl çıxışı da məhz bu cür qəbul edilməlidir. İkincisi, Serj Sarkisyan öz çıxışında beynəlxalq ictimaiyyətə də ismarış verməyə çalışıb ki, guya Azərbaycan Dağlıq Qarabağla müharibə etməyə hazırlaşır, Ermənistan isə Dağlıq Qarabağı müdafiə etməyə. Görünür, Serj Sarkisyan 2008-ci ildə Rusiyanın Gürcüstanla bağlı tutduğu mövqedən ilham alır. Amma Ermənistan Rusiya, Azərbaycan isə Gürcüstan deyil. Bundan başqa, Rusiya kimi nüfuzlu və qüdrətli bir ölkənin Abxaziya və Cənubi Osetiya siyasətinin fiskosu göz qabağındadır.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, Münhen görüşü həlledici olmalıdır. “Bu görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Çünki bu il bir neçə dəfə görüşlər oldu, onların heç bir nəticəsi olmadı. Əgər bu görüş nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcək. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin təbii ki, məqsədi var. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək”. Azərbaycan prezidentinin sözlərinə görə, beynəlxalq hüquq normaları ölkəmizin bu hüququnu tanıyır.

ANS Press

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.