Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Əli Həsənov Türkiyəyə xəbərdarlıq elədi

"Azərbaycan heç vaxt Türkiyənin maraqlarına zidd getməyib. Əgər Türkiyə iqtidarı buna zidd gedərsə, Azərbaycanı itirəcək" 

22 Kasım 2009
Əli Həsənov Türkiyəyə xəbərdarlıq elədi

Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları təşkilatının dəstəyi ilə Azərbaycan Türk Diaspora təşkilatının toplantısı keçirilib. İnterkontinental mehmanxanasında keçirilən tədbirdə Türkiyədən CHP millət vəkili Canan Arıtman, CHP sədri müavini Yılmaz Atəş, Avropa Azərbaycanlıları təşkilatının sədri Bəşər Kömür, Azərbaycam Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, DİDK-nin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Fazil Müstafayev, Türkiyə Böyük Millət Məclisinin, Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri, Bakı Dövlət Universitetində çalışan tarix elmləri doktoru Musa Qasımlı iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,
tədbirin əvvəlində “Bir millət iki dövlət” sənədli filmi nümayiş etdirilib.
Türkiyə ilə Ermənistan arasında imzalanan protokollardan sonra baş verən hadisələri qiymətləndirən Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Bəşər Kömür bildirib ki, dünyada yaşayan Türk və Azərbaycan diasporaları bölgədə baş verən son hadisələrdən narahtdır və türklərin, eləcə də azərbaycanıların bu hadisələrə etiraz etməsi onların tam haqqıdır: "Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qalmaqda davam etdiyi, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün kimi yaşadığı bir vaxtda bu məsələnin gündəmə çıxması təbii ki, bizi narahat etməyə bilməz. Ermənistan diasporu və lobbisi uzun illərdir Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq üçün nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların rəsmi Ankaraya təzyiq göstərməsinə çalışır. Lakin Türkiyə dövlətinin sərhədlərin açılması üçün irəli sürdüyü əsas şərtlərdən biri Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi ilə bağlı olub. Biz ümid edirik ki, Türkiyə hökumətinin münaqişə həll edilməyincə, protokolların ratifikasiya olunmayacağı barədə bəyanatları sonadək öz qüvvəsində qalacaq. Hesab edirik ki, Azərbaycan və türk diasporları da bu məsələyə öz münasibətini ifadə etməlidirlər".

DİDK-nin sədri Nazim İbrahimov bu ilin aprelində AAK-nin Frankfurt şəhərində keçirilmiş III qurultayında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yayılan məlumatlarla əlaqədar qəbul edilmiş bəyanatı xatırladıb. O bildirib ki, həmin tədbirdə diaspor təşkilatlarının bu məsələ ilə bağlı ayrıca bir toplantısının keçirilməsi ideyası irəli sürülüb. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair atılan addımlar narahatlığı daha da artırıb. Diaspor təşkilatlarından Azərbaycan dövlət başçısına daxil olan çoxsaylı müraciətlərdə, əsasən, Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların həm Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, həm də Azərbaycan və Türkiyə dostluğuna xələl gətirə biləcəyi vurğulanıb.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan-Türkiyə münasibətlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeri və roluna toxunaraq, Türkiyənin həyata keçirdiyi müasir siyasətin bu işə təsirindən danışıb. : "Sərhədin açılması Türkiyənin özünün maraqlarını təmin edə bilməz. Bunun üçün bütün sınırlar açılmalıdır. Cənubi Qafqaz siyasəti bundan ibarətdir. Ermənistan Dağlıq Qarabağı, işğal altında olan rayonları qaytarsın. Əgər sabah Türkiyə sınırları açırsa, ən çox itirən də özü olacaq. Türk-Azərbaycan münasibətlərinin arasına girən əziləcək. İstər bizim tərəfdən, istərsə də sizin tərəfdən. Gəlin bu münasibətləri qoruyaq. Biri-birimizin maraqlarını güdək. Azərbaycan heç vaxt Türkiyənin maraqlarına zidd getməyib. Əgər Türkiyə iqtidarı buna zidd gedərsə, Azərbaycanı itirəcək."

Prezident Administrasiyasının şöbə müdiri Türkiyə mediasında antiazərbaycan kampaniyasına da münasibət bildirərək bu məsələlərlə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını vurğulayıb.
Sonda Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələri və Türkiyənin Cənubi Qafqazda yürütdüyü siyasətlə bağlı mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.