Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Prezidentlərin 4 saatlıq görüşündə nə müzakirə olunub?

Danışıqların konfidensial olduğunu bildirən Bernar Fasye onların təfərrüatları ilə bağlı açıqlama verməyib 

22 Kasım 2009
Prezidentlərin 4 saatlıq görüşündə nə müzakirə olunub?

Bəlli olduğu kimi, bu gün Münhendə Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçirilib. Görüşdən sonra jurnalistlərə açıqlama verən ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye bildirib ki, tərəflər arasında dərin müzakirələr aparılıb. Danışıqların konfidensial olduğunu əsas gətirən diplomat bu üzdən onların təfərrüatları ilə bağlı açıqlama verə bilməyəcəyini vurğulayıb.

Təkcə o məlum olub ki, prezidentlər həm yeni, həm də razılaşdırılmamış məsələləri müzakirə edib.

Dövlət başçıları arasındakı görüşün 4 saat çəkdiyi bildirilir.

“Azadlıq” radiosunun verdiyi məlumata görə, görüşdən sonra rəsmi Bakının mövqeyi heç bir formada ifadə olunmayıb. Prezidentlərin növbəti görüşünün keçirilib-keçirilməyəcəyinə gəldikdə isə bəlli olub ki, bundan sonra danışıqlar nazirlər səviyyəsində davam etdiriləcək. Konkret olaraq ATƏT XİN başçıları şurasının toplantısı çərçivəsində Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüşün təşkil edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Münhendəki görüşdə Azərbaycan və Ermənistan XİN başçıları, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak edib.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.