Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Əmmar əl-Həkim Zeynəbiyədə

İordaniya paytaxtı Əmmandan İstanbula gələn İraq İslam Şurasının rəhbəri Əmmar əl-Həkim Halkalıda Zeynəbiyə məscidini və Mədəniyyət Mərkəzini ziyarət edib. 

19 Kasım 2009
Əmmar əl-Həkim Zeynəbiyədə

Ziyarət ərəfəsində, Türkiyə Əhli-Beyt(ə) davamçılarının lideri Səlahəddin Özgündüz ilə mətbuata qapalı olan görüşdən sonra jurnalistlərə açıqlama vermişdir.

O, atası və eyni zamanda keçmiş İraq İslam Şurasının rəhbəri olan Əbdul Əziz əl-Həkimin vəfatı ilə bağlı Türkiyədə keçirilən əza məclislərinə görə öz təşəkkürünü bildirmişdir.

Əmmar əl-Həkim, səfəri müddətində Türkiyə prezidenti Abdullah Gül, baş nazir Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcəyini bildirmişdir.

Əmmar Əl-Həkim iki ölkə arasındakı münasibətlərin İslamdan qaynaqlandığını və İslamın tolerant bir din olduğunu qeyd etmişdir.

İraqın daxili vəziyyətilə bağlı verdiyi açıqlıamalarda, "...hər nə qədər fikir ayrılıqları olsa da, biz çiyin-çiyinə ictimai birliyə nail olmağa cəhd edirik" deyə o, bildirmişdir.

"Xarici qüvvələrin İraqdan çıxmasını gözləməkdəyik. Xarici əsgərlərin köməyi olmadan da təhlükəsizlikdə böyük bir irəliləyişlərin hiss olunduğu göz qabağındadır" İraq İslam Şurasının rəhbəri bildirmişdir.

Xanımının anasının türk olması səbəbilə də türk xalqına ayrı bir sevgisinin olduğunu bildirən əl Həkim açıqlamasının davamında belə qeyd etmişdir: "İraqdakı teror hadisələrinə diqqət etdikdə bir mənzərəni görəcəksiniz. Bu terorr hadisələrinin arxasında duran siyasi məqsədləri görəcəksiniz".

Türkiyə Əhli-Beyt(ə) davamçılarının lideri Səlahəddin Özgündüz də qonağa səfərinə görə təşəkkür etdiyini və bu səfərlə İraq Türkiyə əlaqələrinin daha da inkişaf edəcəyini qeyd etmişdir.

Deyerler.org

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.