“Bütün böyük dinlərin təmsil edildiyi Marseldə müsəlmanların öz məscidlərini inşa edə bilmələri üçün ədalətli davranmaq istədik”, - deyə məscidin inşa edilməsi ilə bağlı keçirilən tədbirdə çıxış edən Qaudin bildirib. “Le Fiqaro” qəzeti bələdiyyə sədrinin sözügedən qərarı ilə Marselin tarixinə düşəcəyini yazıb.
Şəhərin şimalında 3min 500 kvadrat metrlik ərazidə inşa ediləcək məsciddə eyni zamanda 7 min müsəlman namaz qıla biləcək. Məlumata görə, məscidin minarəsinin hündürlüyü 25 metrə çatacaq.
Qeyd edək ki, tikintisi bir neçə ilə başa çatacaq məscidin inşası üçün 7 milyon avro vəsait tələb olunur.