Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Ərəbistan-ın 20%-ni təşkil edən Əhli-beyt (ə) ardıcıllarının nüfuzu günbəgün artmaqdadır

Ərəbistan elmi hövzəsinin müəllimi hüccətil-İslam vəl-muslimin Seyyid Haşim Əl-Şəxs deyir: ?Ərəbistan boyunca xalqın Əhli-beyt (ə) məktəbinə meylinin şahidiyik ki, bu meyl günbəgün artmaqdadır?. 

07 Kasım 2009
Ərəbistan-ın 20%-ni təşkil edən Əhli-beyt (ə) ardıcıllarının nüfuzu günbəgün artmaqdadır

Cənab əl-Şəxs bildirir ki, Əhli-beyt (ə) ardıcılları Ərəbistan cəmiyyətinin 20%-ni təşkil edirlər və onlar Ərəbistanın şərq məntəqəsində yaşayırlar. Əhli-beyt (ə) ardıcılları əsasən, iki əyalətdə: Əl-Əhsa və Qətif əyalətlərində məskunlaşmışlar.

O, deyir: “Əhli-beyt (ə) ardıcıllarının Səudiyyə parlamentində (Krallığın Məşvərət Şurasında) üç nümayəndələri vardır, ancaq indiyə qədər heç bir şiə nazir olmamışdır. Ərəbistanda yaşayan Əhli-beyt (ə) ardıcılları ilə əhli-təsənnün camaatının münasib əlaqələri vardır və heç bir problem olmadan bir-birinin yanında yaşayırlar. Ancaq Əhli-beyt (ə) ardıcıllarınən əsas problemi radikal “vəhabi”lərlədir. Hökumətin Əhli-beyt (ə) ardıcıllarına qarşı təzyiqləri səngiməyə doğru getsə də, çox təəsüf ki, “vəhabilər” tərəfindən Əhli-beyt (ə) ardıcıllarının əleyhinə verilən bəzi yalançı məlumatlar onların vəziyyətini daha da böhranlı edir.

Amma Ərəbistanın bir sıra şəhərlərində, o cümlədən, ər-Riyad kimi paytaxt şəhərdə bir qisim insanların Əhli-beyt (ə) ardıcılları sırasına qatılması tendensiyası göz önündədir və bu meyllər artmaqdadır. Təhlillərə görə, bu, əsas etibarilə, Əhli-beyt (ə) ardıcıllarının müxtəlif məsələlərə məntiqli yanaşmasının nəzticəsində reallaşan bir prosesdir.

Deyerler.Org

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.