Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

?Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlərin yayılmasının qarşısının alınması? mövzusunda tədbir keçirilib

Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləİslam dəyərlərinin uşaqlara düzgün aşılanması? mövzusunda tədbir keçirilib.  

03 Kasım 2009
?Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlərin yayılmasının qarşısının alınması? mövzusunda tədbir keçirilib

Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlərin yayılmasının qarşısının alınması, islam dəyərlərinin uşaqlara düzgün aşılanması” mövzusunda tədbir keçirilib. İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Badamdar qəsəbəsindəki T. Məmmədov adına 239 saylı orta məktəbdə təşkil olunan tədbirdə İH-nin məsul işçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İçərişəhər “Cümə məscidi” dini icmasının və Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, eləcə də orta məktəb şagirdləri iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahangir Əlizadə 90-cı ilin əvvəllərində ölkədəki qeyri-stabil vəziyyətdən istifadə edən qeyri-ənənəvi təriqət nümayəndələrinin müxtəlif din və cərəyanları yaymağa başladıqlarını bildirib. O bu müddətdə vəhhabilik, nurçuluq, süleymanlıq, nəqşibəndilik və digər islam yönümlü, həmçinin xristan-protestant yönümlü adventizm, “Yehovanın Şahidləri”, müstəqil dinlər kimi fəaliyyət göstərən krişnaçılıq, sankretist dinlər olan bəhailik, munçuluq, ibrahimiliyin yayılması üçün geni iş aparıldığını söyləyib.

Digər iştirakçılar da mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.