Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Bakıda İmam Rzanın doğum gününə həsr edilmiş fotosərgi açılıb

Bakı Muzey Mərkəzində İmam Rzanın doğum gününə həsr edilmiş fotosərgi açılıb. 

27 Ekim 2009
Bakıda İmam Rzanın doğum gününə həsr edilmiş fotosərgi açılıb

Muzey Mərkəzində İran İslam Respublikasının mədəniyyət həftəsi çərçivəsində Həzrət İmam Rzanın doğum günü münasibəti ilə foto-sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Muzey Mərkəzinin Sərgi Qalereyasında açılıb. İmam Rza Məhəmməd peyğəmbərin nəslindən olan 8-ci imamdır. Tədbirdə Azərbaycanda səfərdə olan Mədəniyyət və İslami əlaqələr təşkilatının sədri olan Mehdi Müstəfəvi, İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edib. Hər üç natiq iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb və bu cür tədbirlərin daha tez-tez təşkil olunması arzusunu dilə gətiriblər. Mərasimdə Həzrət İmam Rzanın mübarək mövlud günü münasibəti ilə Qurandan ayələr oxunub, “Nur” qrupu isə imamın həyatından bəhs edən “Eşq vilayəti” filmindən bir mahnı ifa edib. Sərgidə Fəramərz Qəhrəmanifər tərəfindən İranın Məşhəd şəhərində, Həzrət İmam Rzanın müqəddəs məqbərəsindən streoskopiya sistemi vasitəsi ilə hazırlanmış şəkillər, beynəlxalq sərgilər iştirakçısı, Yaponiya, Türkiyə, İtaliya, İspaniya və digər ölkələrdə keçirilmiş festivalların mükafatçısı olan Cavad Pursəmədin müqəddəs ziyarətgahlardan fotoşəkillər məcmuəsi, o cümlədən İrandan olan digər fotoqrafların, rəssam və tətbiqi sənət ustalarının işləri, Həzrət İmam Rza haqqında dini kitablar nümayiş olunub.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.