“Azərbaycan Respublikasının 2010-cu il Dövlət büdcəsi haqqında” qanun layihəsində ölkənin müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 10,7 faizi həcmində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu göstərici 2009-cu illə müqayisədə 0,9 faiz çoxdur.
Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, müdafiənin maddi-texniki bazasının təkmilləşdirilməsi işinin davamı olaraq 2010-cu ildə müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanması xərclərinə ümumilikdə dövlət büdcəsi xərclərinin 17 faizi həcmində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2009-cu ildəki xərclərə nisbətən 1,7 faiz çoxdur.
Gələn il ölkədə məhkəmə sisteminin saxlanması xərcləri üçün isə 41,4 milyon manat vəsait proqnozlaşdırılır.