Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Gələn ilin büdcəsində müdafiə xərcləri artırılacaq

2010-cu il dövlət büdcəsində ölkənin müdafiəsi üçün nəzərdə tutulan xərclərin 2009-cu illə müqayisədə artırılması nəzərdə tutulur.  

27 Ekim 2009
Gələn ilin büdcəsində müdafiə xərcləri artırılacaq

“Azərbaycan Respublikasının 2010-cu il Dövlət büdcəsi haqqında” qanun layihəsində ölkənin müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 10,7 faizi həcmində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu göstərici 2009-cu illə müqayisədə 0,9 faiz çoxdur.

Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, müdafiənin maddi-texniki bazasının təkmilləşdirilməsi işinin davamı olaraq 2010-cu ildə müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanması xərclərinə ümumilikdə dövlət büdcəsi xərclərinin 17 faizi həcmində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2009-cu ildəki xərclərə nisbətən 1,7 faiz çoxdur.

Gələn il ölkədə məhkəmə sisteminin saxlanması xərcləri üçün isə 41,4 milyon manat vəsait proqnozlaşdırılır. 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.