Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Gürcüstan azərbaycanlıları QHT-lərin məscidlərin bərpasına müdaxilə etməsindən narahatdırlar

Gürcüstan Azərbaycanlıları Gürcüstan hökumətinin dini müdaxiləsindən narahatdır. 

25 Ekim 2009
Gürcüstan azərbaycanlıları QHT-lərin məscidlərin bərpasına müdaxilə etməsindən narahatdırlar

Azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunun Faxralı kəndində və Qardabani rayonunun bir neçə kəndlərində bir sıra qeyri-hökumət təşkilatları (QHT) məscidlərin bərpasına maneçilik törədirlər, yerli hökumət orqanları isə bu məsələdə acizdirlər. Bu barədə Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Kamran Ramazanlı cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Bolnisi rayonunun bütün kəndlərində müsəlman qəbristanlıqlarında xaçlar qoyulur.
Milli Məclisin deputatı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə bu məsələnin bütün Gürcüstan patriarxı katalikos II İliya ilə müzakirə edilməsinə dair məktub göndərilməsi təklifi ilə çıxış edib.

Daha əvvəllər Trend News-un tədqiqatları nəticəsində məlum olmuşdu ki, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Kvemo-Kartli əyalətinin (Borçalı) Bolnisi rayonunun Qoçulu və Kəpənəkçi kəndlərində yerli Gürcüstan Patriarx İdarəsi tərəfindən 7-10 metr hühdürlüyü olan xaçlar qoyulub.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.