Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Gürcüstan azərbaycanlılarının inanc problemi yaşadığı bildirilir

Qafqaz Araşdırmaları Mərkəzi (QAM) Gürcüstanda yaşayan azərbaycanlıların sosial-ictimai durumu ilə bağlı mətbuat konfransı keçirib. 

25 Ekim 2009
Gürcüstan azərbaycanlılarının inanc problemi yaşadığı bildirilir

Tədbir iştirakçıları uzun illər boyu danışılmasına baxmayaraq, azərbaycanlıların təhsil, torpaq, toponimlərin dəyişdirilməsi problemlərinin nəinki həllini tapmadığını, əksinə, yeni problemlər əlavə olunduğunu qeyd ediblər. “İndi Gürcüstan azərbaycanlıları dinlə bağlı problem yaşayır və onları məscidlərini bərpa etməyə qoymurlar”, - deyə QAM sədri Kamran Ramazanlı problemin mahiyyətinə toxunub.
Onun sözlərinə görə, Bolnisinin Faxralı və Qardabaninin Ağtəhlə kəndlərində “Obşestvo Pravoslavnıx Roditeley” (“Pravoslav valideynlər cəmiyyəti”) ictimai təşkilatı məscidlərin bərpası işinə müdaxilə edərək, işi pozub, rəsmi Tbilisi isə buna hər-hansı reaksiya vermir. Gürcüstanda nəşr olunan “Varlıq” qəzetinə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevtoradzenin müsahibəsi nümayiş olunub. O, bu qrupların rəsmi hakimiyyətə tabe olmadıqlarını bildirib. “Bu maneələr təsadüfi deyil, bu qruplar Mixail Saakaşvili hökuməti tərəfindən yönləndirilir və Azərbaycanın diaspora komitəsi bu işə ciddi müdaxilə etməlidir”, - deyə vəkil Aslan İsmayılov problemə münasibətini ifadə edib.

Yazıçı Eyvaz Borçalıya görə, problem heç də hansısa qüvvənin təmirə mane olmasında yox, rəsmi Tbilisinin bu özbaşınalığın qarşısını almamasındadır. Onun fikrincə, Qafqz Müsəlmanları İdarəsi, Azərbaycanın diaspora komitəsi məsələnin dramatik şəkil almaması üşün imkanlarından istifadə etməlidir.
Vəkil İsaxan Aşurov məsələnin hüquqi müstəvidə həllini tapa bilməsi üçün öncə məscidin Gürcüstan Mədəniyyət Nazirliyində mədəniyyət abidəsi kimi qeydə alınmasını və sonra təmirə davam etdirilməsini məqsədəuyğun saydığını söyləyib. Ədalət Partiyasının sədri İlyas İsmayılov da Aşurovun təklifinə dəstək verib.

“Azərbaycanlılara qarşı baş verənlər dövlət tərəfindən yönləndirilir və əslinə qalsa, rəsmi Tbilisi azərbaycanlıları gürcüləşdirmək siyasəti yürüdür”, - deyə professor Əli Xəlilli rəsmi Tbilisini sərt tənqidə məruz qoyub.

Bu addımlar ilk növbədə rəsmi Bakının Azərbaycandan xaricdə azərbaycanlılar barəsində konkret siyasi xəttinin olmamasının nəticəsidir, deyən deputat Nəsib Nəsibli məscidlə bağlı konkret halın isə Gürcüstan-Azərbaycan dostluğuna ziyan vurduğunu hesab edir.

Tədbirdə iştirakçı olan Gürcüstan səfirliyinin nümayəndəsi problemləri mətbuata çıxarmağın faydası olmayacağını deyərək, bunu “rəsmi qurumlar vasitəsilə həll etməyin lazım olduğu” kimi “faydalı” məsləhət verib.

Son olaraq, tədbir iştirakçıları mövcud durumu müsbət məcraya yönəltmək üçün hər iki dövlətin başçısına müraciət qəbul ediblər.

Turan

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.