Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Bayrağımzı təhqir edən türk polisi cəzalandırıldı

Oktyabrın 14-də Türkiyə-Ermənistan matçında Bursada Azərbaycan bayraqlarının zibil qutularına atılması ilə bağlı başlayan istintaq nəticə verib. Bu barədə Bursa valisi Şahabettin Harput məlumat verib. 

25 Ekim 2009
Bayrağımzı təhqir edən türk polisi cəzalandırıldı<BR>

Vali keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə-Ermənistan futbol matçının keçirildiyi stadionun giriş dəhlizində nəzarət və axtarışlar zamanı bəzi Azərbaycan bayraqlarının xoş olmayan görüntüləri qeydə alınıb. Faktla bağlı 1 polis rəisi və 2 sıravi polis barəsində intizam istintaqı başladılıb. Ş. Harputun verdiyi məlumata görə, bir polis məmuru işdən uzaqlaşdırılıb, digər iki polis isə ciddi töhmət alıb.
Vali bildirib ki, bu barədə xəbər verən 10 beynəlxalq, 3 yerli televiziyada efirə verilən görüntülər, eyni zamanda yerli mətbuatda çıxan şəkil və xəbərlərin hamısı araşdırılıb. Ş. Harputun sözlərinə görə, bu görüntülər polislərin özləri tərəfindən lentə alınıb.
Hazırda materiallar Türkiyə Respublika Prokurorluğuna göndərilib, faktı Respublika Prokurorluğu araşdırır.
Xatırladaq ki, FİFA Türkiyə-Ermənistan matçına Azərbaycan bayrqlarının gətirilməsinə qadağan qoymuşdu. Bu səbəbdən azarkeşlərin əlindən Azərbaycan bayraqları yığılmışdı. Matç bitdikdən sonra isə bir sıra televiziyalar Azərbaycan bayraqlarının zibit qutularına atılması ilə bağlı görüntüləri nümayiş etdirmişdilər.

ANSPRESS

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.