Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Səudiyyə Ərəbistanında şiələrin hüquqları pozulur

Ərəbistan hökuməti ölkədə şiə qruplarının hüquqlarını pozaraq onların məscid və hüseyniyyə tikməsinə qadağa qoyub. 

25 Ekim 2009
Səudiyyə Ərəbistanında şiələrin hüquqları pozulur

Əl-Aləm kanalı Rasid İnformasiya kanalına istinadən xəbər verir: Ərəbistanın şərqi məntəqəsi əmirinin müavini Cəlvi İbn Əbdüləziz oktyabrın 6-da daxili işlər naziri Naif İbn Əbdüləzizin sərəncamına uyğun olaraq təcili və gizli şəkildə Nəcran məntəqəsindən, həmçinin Əl-Qətif və Əl-Ehsa vilayətlərindən kənarda hüseyniyyə və qəbiristan da tikilməsi və salınmasının qarşısını almaq barədə təlimat göndərib.
Cəlvi İbn Əbdüləziz bu təlimatda Əl-Ehsa, Əl-Qətif, Əl-Cəbil, Əl-Xəbər, Bəqiq, Ras Tənurə valilərindən, habelə Ərəbistanın şərq regionunda polis və kəşfiyyat idarələri və orqanlarından istəyib ki, şiələrə əyləncə mərkəzlərindən belə məscid kimi istifadə etmələrinə imkan verməsinlər.
Şiələrin yaşadığı şəhərlərin minlərlə sakini Ərəbistan hökumətinin bu qərarına reaksiyada şəhərlərdən kənarda olan əyləncə mərkəzləri və ya evlərinin bəzi yerlərini məscid kimi istifadə edirlər.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.