Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Azərbaycan Ordusunun əsgəri şəhid olub

Erməni snayperinin açdığı atəş 6 ayın əsgərinin ürəyindən dəyib 

25 Ekim 2009
Azərbaycan Ordusunun əsgəri şəhid olub<BR>

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid olub. Oktyabrın 23-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonu istiqamətində atəşkəsi pozması Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Eldar İsmayılovun həyatına son qoyub. Şəhidin ailəsindən ANS PRESS-ə verilən məlumata görə, erməni snayperinin açdığı atəş E. İsmayılovun ürəyindən dəyib.
Altı ay əvvəl Sumqayıt şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan E. İsmayılov bu gün doğulduğu şəhərdə torpağa tapşırılacaq.
Müdafiə Nazirliyindən faktla bağlı məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.