Əl-Dəmam şəhirinin sakinləri elan etmişdilər ki, “Əl-İsmayili” məscidinin rəhbərinə bildirmişdilər ki, şərq məntəqəsinin hakimi bu məscidin bağlanması əmrini vermişdir. Bu məscidin bağlanma bəhanəsi onun rəsmi icazəsinin olmaması kimi ünvanlanmışdır.
Son aylar ərzində Əl-Xəbər şəhərində yerləşən Əhli-beyt (ə) ardıcıllarının 5 məscidi bağlanmışdır və onların imam-camaatları ki, bəziləri şəhərin ən görkəmli din adamları sayılırdılar - həbs olnumuşdular. Əl-Dəmam və Əl-Xəbər şəhərində on minlərlə Əhli-beyt (ə) ardıcılları yaşayır və onlar keçən əsrin yarısından bəri bu iki şəhər inşa edildikdən sonra oranın sakini hesab olunurlar. Səudiyyə hökuməti Əl-Əhsada, Qətifdə, Nəcranda və Əhli-beyt (ə) ardıcıllarının yaşadığı başqa məntəqələrdə vətəndaşlar üçün məscidlərin inşa edilməsinə rəsmi icazə vermir.
Ərəbistan hökuməti Əhli-beyt (ə) ardıcıllarının məscidlərinin bağlanmasına aid izahat verməkdən çəkinir. İnsan haqları müdafiəçiləri məlumat verirlər ki, Səudiyyə Ərəbistanı Əhli-beyt (ə) ardıcılları olan vətəndaşlarını hüquqlardan məhrum edir. Səudiyyə Ərəbistanı rejimi 5 il əvvəl onlarla Əhli-beyt (ə) ardıcıllarının məscidlərini, hüseyniyyə və dini mədrəsələrini bağlamış və yüzlərlə Əhli Beyt (ə) davamçılarını həbs etmişdir.
"Deyerler"Org