APA-nın məlumatına görə, hər iki xarici işlər nazirləri Heydər Əliyevin məzarını ziyarət edib, onun abidəsi önünə əklil qoyublar. Daha sonra Əhməd Davudoğlu və Elmar Məmmədyarov Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” kompleksinin qarşısına əklil qoyublar. Xarici işlər nazirləri hazırda Şəhidlər Xiyabanında 1918-ci ildə Bakının erməni-rus işğalından azad olunması uğrunda döyüşlərdə həlak olmuş Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
23 Ekim 2009