Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Azərbaycan bayraqları Türkiyə-Ermənistan matçına buraxılacaq

Azərbaycan bayraqları oktyabrın 14-də Türkiyənin Bursa şəhərində keçiriləcək Türkiyə-Ermənistan matçına buraxılacaq, Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov bildirib. 

13 Ekim 2009
Azərbaycan bayraqları Türkiyə-Ermənistan matçına buraxılacaq

"Türkiyənin XİN, Prezident Aparatı və Baş nazir ofisi Azərbaycan bayraqlarının matça buraxılmasına qadağa qoyulması barədə sərəncam verməyib. Azərbaycan bayrağının daşınmasına qadağa qoyula bilməz", - Haşımov qeyd edib.

Bursa meriyası Türkiyə və Ermənistan yığmaları arasında oktyabrın 14-də keçiriləcək matç zamanı stadiona Azərbaycan bayrağının aparılmasına qadağa qoyub, bu barədə Trend News-a ötən həftə Bursa meri Şəhabəddin Harputun mətbuat katibi Nurdan Berkin bildirib. Berkinin sözlərinə əsasən, bu addım matçda mümkün təxribatların qarşısının alınması məqsədilə atılıb.

Səfir Haşımovun sözlərinə əsasən, bayraqların buraxılmaması fikri var idi, lakin sonradan bu qərar dəyişdirildi.

Matçda Türkiyə və Ermənistan prezidentlərinin iştirakı da gözlənilir. Ötən şənbə günü Sürixdə iki ölkə arasında münasibətlərin normalaşdırılmasına dair protokollar imzalanıb.

Protokollar Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.