Sentyabr ayının 25-də Amerika tarixində ilk dəfə Vaşinqtonda, Konqres binası qarşısında müsəlmanlar kütləvi şəkildə cümə namazı qılıblar. Aksiyanın məqsədi islamın sülh dini olduğunu nümayiş etdirmək və amerikalılarda bu dinə qarşı münasibəti dəyişdirmək olub. Nyu Cersi ştatındakı Darülislam Elizabet məscidi tərəfindən təşkil edilən namazda 3 mindən çox amerikalı müsəlman iştirak edib. Namazdan sonra
din adamları bütün dinlər arasında qardaşlıq mesajlarından ibarət çıxışlar ediblər.Həmçinin Qurandan sülhə çağıran ayələr oxunub. Müsəlmanlar namaz qılarkən meydanın yaxınlığına toplaşan xristianlar əllərində “Amerikanı
müsəlmanlaşdırmağa son qoyun” sözləri yazılmış plakatlarla aksiya keçiriblər. Polis cümə namazının və ona etiraz edənlərin təhlükəsizliyini təmin edib, insident və qarşıdurma qeydə alınmayıb.
27 Eylul 2009