Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Azərbaycanda məscidlərin sökülməsinin əleyhinədir.

Mən bunun əleyhinəyəm və bunu dəfələrlə demişəm, bundan sonra da əleyhinə olacam. Bu, mənim əqidəmin əmridir 

16 Eylul 2009
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Azərbaycanda məscidlərin sökülməsinin əleyhinədir.

Hacı Allahşükür Paşazadənin mətbuatda çıxışı olub.  Bir neçə gün öncə Mətbuat konfransı keçirən bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadə "Fatimeyi-Zəhra” məscidinin nümayəndələrinin şikayətini və məscidlə bağlı özünün rəyini dövlət başçısına yazılı şəkildə çatdırdığını təsdiqləyib. Şeyx həmçinin məscidlərin “qanunsuz tikili” kimi sökülməsi ilə bağlı icra hakimiyyəti başçılarını tənqid edib:

“Əgər tikintiyə icazə vermisənsə, sonra onun qanunsuz tikili olduğunu necə deyirsən? Birincisi, əvvəlcədən icazə verməyəydin, əgər icazə vermisənsə, “qanunsuzdur” demə! Əgər tikilən məscid sökülürsə, məscidin tikintisinə icazə verən məmurlar da cəzalandırılmalıdır”.
 
Şeyx çıxışında bildirdi ki, məscidin sökülməsi və bununla bağlı dindarların etirazını prezident İlham Əliyevə çatdırıb və ondan cavab gözləyir:

"Məscidlərin tikilməsi və ya sökülməsi mənim səlahiyətimdə deyil, ancaq onların sökülməsi dəfələrlə mənim tərəfimdən pislənilib. Mən bunun əleyhinəyəm və bunu dəfələrlə demişəm, bundan sonra da əleyhinə olacam. Bu, mənim əqidəmin əmridir"

Bir neçə gün öncə 2 saylı yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında rayon ərazisindəki Yeni Günəşli qəsəbəsi V massivi 33 ünvanında yerləşən "Fatmeyi Zəhra" məscidinin sökülməsi və dini icmanın həmin ərazidən çıxarılması ilə bağlı qətnamə qəbul edib. Son bir ildə Bakıda qanunsuz tikildiyi əsas gətirilərək Məhəmməd Peyğəmbər məscidi, Neft Daşlarındakı məscid sökülüb.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.