Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

ABŞ-ın Kapitoli meydanında Cümə namazı qılınacaq

ABŞ-ın paytaxtı Vaşinqtonda Kapitoli təpəsində bu ayın sonunda Cümə namazı qılınacaq. Bu namazda 50 min müsəlmanın iştirakı edəcəyi gözlənilir, - İslamNyus.ru xəbər verir. 

04 Eylul 2009
ABŞ-ın Kapitoli meydanında Cümə namazı qılınacaq

Ənənəvi olaraq Amerika prezidentlərinin inoqurasiya mərasimi keçirilən ərazi sentyabr ayının 25-də açıq səma altında böyük məscidə çevriləcək. ABŞ Konqresi, Linkolinin memorialı və Vaşinqtonun abidəsi yerləşən Kapitoli binası qarşısında Cümə xütbəsi oxunacaq.

“Minlərlə müsəlman – dərisinin rəngi, milliyəti və irqindən asılı olmayaraq bir məqsədlə - ibadət etmək və İslamın nümayiş etdirdiyi sülhə, gözəlliyə yönəlmiş vəhdəti təmsil etmək üçün Amerikanın Kapitoli binası qarşısına toplaşacaq”, - deyə Nyu-Cersi ştatının Dar-ul İslam məscidinin rəsmi saytında bildirilib.

“Bu bir etiraz deyil. Müsəlmanlar heç bir zaman Kapitoli təpəsində Cümə namazı qılmayıb və bu Amerika tarixində İslamın yeni səhifəsi olacaq”, - deyə tədbirin təşkilatçısı, Dar-ul İslam məscidinin rəhbəri, Həsən Abdulla bildirib.

"Dəyərlər"AİN

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.