Ənənəvi olaraq Amerika prezidentlərinin inoqurasiya mərasimi keçirilən ərazi sentyabr ayının 25-də açıq səma altında böyük məscidə çevriləcək. ABŞ Konqresi, Linkolinin memorialı və Vaşinqtonun abidəsi yerləşən Kapitoli binası qarşısında Cümə xütbəsi oxunacaq.
“Minlərlə müsəlman – dərisinin rəngi, milliyəti və irqindən asılı olmayaraq bir məqsədlə - ibadət etmək və İslamın nümayiş etdirdiyi sülhə, gözəlliyə yönəlmiş vəhdəti təmsil etmək üçün Amerikanın Kapitoli binası qarşısına toplaşacaq”, - deyə Nyu-Cersi ştatının Dar-ul İslam məscidinin rəsmi saytında bildirilib.
“Bu bir etiraz deyil. Müsəlmanlar heç bir zaman Kapitoli təpəsində Cümə namazı qılmayıb və bu Amerika tarixində İslamın yeni səhifəsi olacaq”, - deyə tədbirin təşkilatçısı, Dar-ul İslam məscidinin rəhbəri, Həsən Abdulla bildirib.
"Dəyərlər"AİN