Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Məmmədov: "Türkiyə tərəfi öz vədinə sadiq qalsın"

Rəsmi Bakı ümid edir ki, Türkiyə Ermənistanla apardığı danışıqlarda Azərbaycanın milli maraqlarına zidd addım atmayacaq.  

03 Eylul 2009
Məmmədov:

Bunu ANS-ə müsahibəsində Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılmasından əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə oluna bilər.

“Türkiyə ilə Ermənistan arasında gedən prosesləri rəsmi Bakı yaxından izləyir və Ankaranın Azərbaycanın maraqlarına zidd addım atmayacağına ümid edir”, - deyə o bildirib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu ilin mayında Bakıya səfəri zamanı səsləndirdiyi fikirləri xatırladan Novruz Məmmədov deyib ki, rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə olunmadığı halda Ermənistanla sərhədlərin açılmayacağını birmənalı bildirib.

“Aparılan danışıqlarda Türkiyə tərəfi qətiyyətli, konkret və sərt mövqe bildirib. Sərhədlər ona görə bağlanıb ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini işğal edib. Münaqişə həll olunduqda, sərhədlər açılacaq. Ermənistan rəhbərliyi hansı bəyanatlar verirsə versin, onsuz da dünya bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə sərhədlər bağlanıb”, - deyə Məmmədov bildirib.

Novruz Məmmədovun sözlərinə görə, rəsmi Bakı Türkiyə ilə Ermənistan arasında müzakirələrin başlanması barədə məlumatlandırılıb. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın prezident İlham Əliyevlə keçən həftə baş tumuş telefon danışığında bu məsələ müzakirə olunub və rəsmi Bakı öz mövqeyini bir daha bəyan edib.

“Biz ancaq deyirik ki, Ermənistanla Türkiyənin sərhədlərinin açılması Azərbaycanın maraqlarına ziddir. Türkiyənin maraqları Azərbaycanın milli maraqlarına yaxındır”, - deyə o vurğulayıb.

Məmmədov Türkiyə ilə Ermənistan arasında danışıqların başlanması ilə Dağlıq Qarabağ münaqişəsinin həllinin paralel proseslər olması barədə fikirlərə də münasibət bildirib.

“Bu, danışıqların aparılmasından və danışıqlar aparılan zaman qoyulan şərtlərdən asılıdır. Düşünürəm ki, sərhədlər açılmazdan öncə münaqişənin həllinə dair irəliləyiş əldə oluna bilər, müəyyən razılığa gəlinə bilər. Əsas olan budur ki, sərhədlərin açılması Azərbaycanın maraqlarına zidd olmasın və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müəyyən irəliləyiş əldə olunsun. Türkiyə tərəfi öz vədinə sadiq qalsın”, -deyə Məmmədov əlavə edib.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.