Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Hacı Şahin Həsənli: Zeynəbiyə bizimçün doğma bir yerdir

Azərbaycanlı ilahiyyatçı Hacı Şahin Həsənli Zeynəbiyənin zəngin təcrübədən yararlanmağa çalıştıqlarını vurğulayaraq ?Zeynəbiyə Azərbaycanın inanclı insanları üçün xüsusiylə doğma bir yerdir? dedi: 

12 Mart 2014
Hacı Şahin Həsənli: Zeynəbiyə bizimçün doğma bir yerdir

Türkiyənin Cəm Tələviziyasının sullarını Bakıdakı ofisində cavaplandıran Məşədi Dadaş Məscidinin Cuma İmamı Hacı Şahin Həsənlinin sözlerinin tamamı:
 
“Ümumiyyətlə, Zeynəbiyənin fəaləyyətiylə yaxından tanışıq biz.Mən təqib edirəm bütün fəaliyyətlərini,Şeyx Səlahəddin ilə də görüşmək səadəti əldə eləmişik Azərbaycanda.Bakiya gəldiyi zaman bizim məscidin ziyarətinə gəlib ,orda inancli insanların iştirakıyla orda bir görüşümüz olub və doğrudan da xoş təəccüratlar galib, o görüş haqqında.Şeyx Selahəddin həm görkəmli din xadimidir,həm də ictimayi xadimdir. Azərbaycan problemlərini qabardan,dünyaya çatdırmağa səy göstərən və bu işdə müvəffəqiyyət əldə etmiş bir insandır. 
 
Doğrudan da Türkiyənin böyük təcrübələri var.Kankret,Zeynəbiyənin böyük təcrübələri var ki, biz də Azərbaycanda o təcrübələrdən yararlanmağa çalışırıq. Çünki artıq gedilmiş bir yoldur və biz də bu zəngin təcrübədən faydalanmağı düşünürük və çalışırıq ki,faydalanaq. Ona görə də Zeynəbiyə Azərbaycanın inanclı insanları üçün xüsusiylə doğma bir yerdir.Yə`ni Azərbaycandan doğrudan da dəfələrlə eşitmişəm ki,İstanbula səfərə gedən insanların bir çoxu Zeynəbiyəni ziyarət edir və oradakı qardaşlarla birgə ibadət eyliyir,geniş layihələr həyata keçirilir. Eyni zamanda Azərbaycan məktəbinin açılması Zeynəbiyədə xüsusi təqdirəlayiq bir haldır.
 
Bundan əlavə,ümumiyyətlə Qarabağ probleminin vaxtaşırı, müxtəlif zamanlarda qabardılması,Xocalıyla bağlı həmişə müxtəlif tədbirlərin keçirilməsi, 20 Yanvar hadisəsiylə bağlı,Zeynəbiyənin rəhbərliyinin təşəbbüsü ilə bu hadisələrin il dönümünün qeyd olunması bu gün doğrudan da Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Çünki Azərbaycan,bir zaman Ermənistan  tərəfindən informasiya münaqişəsinə də cəlb edilmişdi.İnformasiya təhrif olunmağa cəht göstərilirdi Ermənistan tərəfindən,tarixi həqiqətlər saxtalaıdirilirdi.Amma son dövrlərdə doğrudan da bu istiqamətdə uğurlar əldə edilib.Bu uğurlarda Zeynəbiyənin payı da çox böyükdür. Eyni zamanda Türkiyədə Əhli-Beyt dəyərlərinin,mə`nəvi dəyərlərin təbliğində Zeynəbiyənin  rolu əvəzsizdir.Biz buradan orda keçirilən Aşura mərasimlərini çox böyük bir şövqlə,həvəslə izləyirik.Doğrudan da insanın qəlbi fərəhlə dolur.Yüz minlərlə insanın bir  meydanda İmam Hüseyinə (ə.s) əza saxlaması,doğrudan da bir doğmalıq hissi yaşadır bizlərə.Yə`ni biz Zeynəbiyənin uğurlarına sevinirik,Allahdan onlara yardımçı olmasını,sizlərə yardımçı olasını diləyirəm."
 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.