Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Xocalı Soyqırımı Halkalıda xatırlandı (Foto)

Xocalı soyqırımının , 22- ci il dönümündə İstanbul Halkalıdakı xatirə mərasimində işğalçılara lənət yağdı ; Türkiyədən Ermənistana mesajlar göndərildi. 

24 Şubat 2014
Xocalı Soyqırımı Halkalıda xatırlandı (Foto)

Xocalıya Ədalət Həftəsi fəaliyyətləri çərçivəsində başda Azərbaycan olmaq üzrə dünyanın dörd bir yanında anma mərasimləri təşkil edilir.
 
Türkiyədə təşkil edilən ən əhatəli fəaliyyət Halkalı Zeynebiyədə  reallaşdı. Yaxın tarixin ən böyük soyqırımının yad edildiyi  mərasimdə İstanbulun dörd bir yanından gənc yaşlı minlərlə adam qatıldı.
 
Mərasimə başda Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz olmaq üzrə , Azərbaycan Respublikası İstanbul Baş  Səfiri  Həsən Zeynalov , MHP Baş Sədr köməkçisi Atila Kaya , İstanbul Millət vəkilimiz Əli Özgündüz , Dünya Cafəri Alimlər Birliyi Başçısı Həsən Karabulut , İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclik Forumu Kabinet Başçısı Elməddin Mehdiyev , Azərbaycan Millət vəkili və dövrün Xocalı İcra Hakimi  Elman Məmmədov , Azərbaycan Millət vəkili Aqil Abbas , Azərbaycan Pedaqoq Qadınlar Dərnəyi Başçısı Şərgiyyə Məmmədova , qeyri-hökumət kuruluşlarımızın nümayəndələri ilə minlərlə adam qatıldı.
 
Şəhidlərin ruhu üçün Quran -ı Kərim tilavəti və Türkiyə- Azərbaycan milli marşlarının oxunmasıyla başlayan mərasimdə TBMM-də  səsimiz olan Atila Kaya ilə Əli Özgündüz salamlama  çıxışı  edərkən Azərbaycan Respublikası Dini Təşkilatlardan Məsul Dövlət Komitəsinin sədri Elşad İsgəndərov adına İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclik Forumu kabinet Başçısı Elməddin Mehdiyev iştirakçılara səsləndi.
 
Zəhra Ana Azərbaycan Məktəbi şagirdlərinin şeir və xor ilə iştirak etdiyi proqramda Azərbaycan Respublikası İstanbul Baş konsulu Həsən Zeynalov , Azərbaycan millət vəkili və dövrün Xocalı İcra Hakimi  Elman Məmmədov və Azərbaycan Millət vəkili Aqil Abbas da çıxış etdilər.
 
Zeynəbiyə TV üzərindən canlı yayimlanan  mərasimdə son  çıxışı Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz etdi. Özgündüzün çıxışı  tez-tez şüarlarla kəsildi.
 
"Hamımız Mübarizik, Qarabağa girərik" "Qarabağ erməniyə Məzar Olacak" "Türkiyə - Azərbaycan İki Bədəndə Bir Can" sloganlarının atıldığı soyqırımın 22-ci  il dönümündə Zeynəbiyəlilər şəhidlərin unutulmadığını və unutulmayacağı bir  kərə daha göstərdilər.
 
 

 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.