Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyə Böyük Millət Məclisinə cavab ziyarəti (Foto)

Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , Caferider sədri Av. Sinan Kılıç , sədr müavini Niyazi Şeren və Caferider baş katibi Kasım Nasdan ibarət heyyət TBMM sədri Cəmil Çiçəyin qəbulunda idilər. 

18 Şubat 2014
Türkiyə Böyük Millət Məclisinə cavab ziyarəti (Foto)

Heyət, TBMM sədri Cəmil Çiçək tərəfindən  kabinetində qə`bul edildi. Çiçək qəbulda Aşura mərasiminə qatılmaqdan böyük qürur duyduğunu ifadə edərək, Aşura bütün Müsəlmanların  ortaq matəmi olduğunu dilə gətirdi.
 
Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz də iştiraklarına  görə TBMM sədri Cəmil Çiçəyə  təşəkkür edərək , heyyətin gətirdiyi, üzərində Allah  yazısı olan  rəsimi  təqdim etdi. Özgündüz Çiçəyin 21 Martda Halkalıda keçriləcək olan Novruz bayramın  proqramına da də`vət etdi. Caferider başçısı Av. Sinan Kılıç isə baş sədr  Kılıçdaroğluna Aşura mərasiminin CD  ilə  birlikdə , Caferiyol Jurnalı və İmam Zeynal Abidinə (ə) aid olan” Səhifeyi Səccadiyyə” adlı dua kitabını təqdim etdi.
 
Ziyarət daxilində məclis  korədorlarinda  Özgündüzə hökumət və müxalifət partiyalarından maraq böyük oldu. Heyyət daha sonra İstanbul Millət vəkili Əli Özgündüz , Qars Millət vəkili Ensar Öğüt , Iğdır Millət vəkili Sinan Oğan  ilə   TBMM yeməkxanasında  birlikdə süfrəyə oturdular.
 
Kərbəla adlı tamaşaya  baxdılar
 
Heyyət üzvləri axşam da beş mövsüm boyu səhnələşdirilən Kerbala tamaşasına  baxdılar. Protokol olaraq möhtərəm heyyət böyük maraqla qarşılandı.
 
Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz Kerbala tamaşasını  izləməyi uzun zamandır arzu etdiklərini ifadə edərək , pyesi izləməkdən duyduğu xoşbəxtliyi dilə gətirdi və əməyi keçən yazıçı , rejissor və aktyorlara  təşəkkür etdi.
 
Özgündüzdən Kılıçdaroğluna cavab  ziyarəti
 
Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , Caferider  sədri Av. Sinan Kılıç, sədr müavini Niyazi Şeren və Caferider baş katibi  Kasım  Nasdan ibarət heyyət ilə birlikdə TBMM CHP  baş sədri Kamal Kılıçdaroğluna cavab ziyarətinə gəldilər.
 
Caferiderin Halkalıda təşkil etdiyi Universal Aşura Matəm mərasimində  iştiraklarına  görə  təşəkkür heyyətini , CHP  baş sədri Kamal Kılıçdaroğlu TBMM-dəki  kabinetində qə`bul etdi. Kılıçdaroğlu Matəm mərasimində  iştirak etməkdən  çox böyük  mə`muniyyət hiss etdiklərini  ifadə etdi.
 
Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz  də  ziyarətin məqsədinin  iştiraklarına görə baş sədr Kılıçdaroğluna təşəkkür məqsədli olduğunu  söylədi.
 
Heyyət üzvləri qə`bulda Kılıçdaroğluna üzərində “ Məhəmməd Rəsulullah “ yazılı hədiyyəni təqdim etdilər. Hədiyyəni Özgündüz təqdim etdi.
 
Caferider başçısı Av. Sinan Kılıç isə baş sədr Kılıçdaroğluna Aşura mərasiminin CD ilə  birlikdə , Caferiyol Jurnalı və İmam Zeynel Abidinə (ə) aid olan “Səhifeyi Səccadiyyə” adlı dua kitabını təqdim etdi.
 
 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.