Axşam namazının qılınmasının ardından reallaşan görüşdə , Beylikdüzü Bələdiyyə Başçısı Yusuf Uzunu qarşılayan CABİR qurucu sədri Ş. Həmid Turan , Əhli-beyt Məscidi İmamı Ş. Muxtar Elmas, Əhlibeyt Məscidi Dərnək Başçısı H. Muhsin Koçoğlu və çox sayda Əhlibeyt dostu bir araya gələrək müxtəlif görüşlər etdilər.
Olduqca səmimi bir atmosferdə keçən görüşdə birlik və bərabərliyə vurğu edildi. Ölkəmizdə hər inanc seqmentinin öz ibadətini güvən və dinclik içərisində etməsi gərəktiyini xüsusilə bildirdilər.
Keçirilən görüşdə danışan CABİR qurucu sədri Ş. Həmid Turanın xoş gəlmisiniz çıxışının ardından : "Əhli-beyt Məscidinin torpağını təsis edən Bələdiyyə Başçımızı önümüzdəki seçkilərdə təkrar vəzifəyə gələrək məscidin tamamlanması üçün və hər inanc seqmentinə bərabər xidmət edəcəyini sənədləşdirməsini arzu edirəm." dedi.
Turanın çıxışının ardından Bələdiyyə Başçısı Yusuf Uzun "İnşallah yaxın zamanda Əhli-beyt məscidimiz tamamlanar və hamımız gəlib burada ibadətimizi edərik. Öhdəmizə aldığlmız vəzifəni ən qısa zamanda yerinə yetirəcəyik." dedi.
Görüş, edilən ikramların ardından Əhli-beyt Məscidinin inşaatının gözdən keçirilməsi əilə sona çatdı.