Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Özgündüz: Ədalət Hammımıza Lazımdır

Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , Halqalı Zeynəbiyə məscidində qılınan Cümə namazında etdiyi çıxışında , mühakimənin ədalətli olması lazım olduğunu və ədalətin hər kəsə lazım olacağını söylədi. 

13 Ocak 2014
Özgündüz: Ədalət Hammımıza Lazımdır

Dünyada bəzi hadisələr yaşanır və ölkəmizdə də bəzi hadisələr yaşanır. Allah sonumuzu xeyir etsin . Nə, niyə cərəyan edir bilmirəm desəm , o zaman yalan olar , nə - nə səbəbə cərəyan edir , az-çox hamımız bilirik amma amil baxışla dövlət işləyişi qarma-qarış olmuşdur. Dövləti idarə edənlər bir an əvvəl bu ziddiyyətlərdən, özlərini də , ölkəni də , dövləti də qurtarmaq, mə`suliyyətlərini yaxşı şəkildə yerinə yetirmək məcburiyyətindədirlər .
 
 Bir dövlət , qanunvericiliyi , icrası,məhkəməsi ilə dövlətdir. Bu , bunlara aid təşkilatlarıyla dövlətdir. Bunları bir-biriylə toqquşdurub , vuruşdursanız çətinlik yaşayarsınız. Mənim məhkəmə orqanim , mənə qarşı  ya da mənim  tabeçiliyimdə  olmamalıdır. Məhkəmə ədalətli olmaq və hər kəsə eyni məsafədə olmaq məcburiyyətindədir. Məhkəmə mərhəmətli olmaq vəziyyətində olan bir mərhəmət məqamı deyil . Ona görə Allahdan biz duamızda nə deyirik , Allahım bizimlə ədalətinlə ,hesabınla rəftar etmə . Çünki işi ədalətə sürsen ədalət hər kəsin haqqını verər. Ceza isə cəza , mükafat isə mükafat . Biz mükafata layiq qullar olmadıq. Bizə lütfünlə , fəzlinlə rəftar et , bizi ədalətinə tabe tutma . Biz bilirik , orada itirərik , biz günahkarlarıq . Ədalətin vəzifəsi mərhəmət paylamaq deyil , ədalətin vəzifəsi hər kəsin haqqını verməkdir.
 
 Qarşısındakının dininə , məzhəbinə , xislətinə , siyasi görüşünə, hansı tərəfli olduğuna və hansı coğrafiyanın insanı olduğuna baxmaz. Mühakimə , haqlının haqqını nahaqdan alır , zorbaya həddini bildirir . Haqsıza haksızlığının əvəzini ödətdirir . Mühakimənin işi budur , mərhəmət paylamaq deyil məhkəmənin işi , ədalət dağıtmaqdır . Kimə? Icra yandaşlarına mı , icraya mı ? İşdə ona da layiq olduğu səlahiyyəti verər , layiq olduğu haqqı tanıyar , çoxunu verməz. Icra müxalifinə , müxalifətinə ? Ona da haqqını  verər , haqq etmediyini verməz. Mühakimə fərdi və ictimai mə`nada hər kəsin haqq ettiğini verməklə vəzifəlidir. Şəxsiyyətinə baxmaz , baxdığı an , məhkəmə olmaqdan , ədalət olmaqdan çıxar. Ədalət mülkün təməlidir. Ədalət yox olsa , mülk yox olar. Allah göstərməsin , dövlət çökər.
 
 Hər kəs mühakiməni öz idarəsinə alma sə`yinə girsə , dövləti yox etmə sə`yinə girmiş deməkdir. Hər kəs , mühakimənin ədalətli işləməsi istiqamətində sə`y göstərməlidir. Amma bə`zi ziddiyyətlər yaşayırıq. Mühakimə hökm edir, etdiyi hökm özünə geri dönür , münakis olur. Eyni məhkəmə orqanı və ya günahkarların dünən etdiyində dəstək görür , bu gün eynisini etdiyində əngəl görər. Budur, xalq qoyun sürüsü deyil. Türk milləti elə deyil , vüqarlıdır , ağıl sahibidir , səbrlidir. Amma qoyun sürüsü deyil.
 
 Fitnə istəmir öz ölkəsində . Dünyaya qarşı aslandır, amma öz ölkəsində fitnə istəmir. Onun təmkinini , səbrini  kimsə  pis şərh etməsin. İçəridəki kəslər də elə şərh etməsin. Qoyun sürüsü deyil , hər şeyin nə olduğunu görür. Onu dövlətindən sarı ümidsiz vəziyyətə salmağa kimsənin haqqı yoxdur. Nə edirsiz ,edin dövlətin şifrələriylə oynayabildiğiniz qədər oynadınız , bundan sonra kimsə oynamasın , ədalətin təsisinə , təhkiminə hər kəs sə`y göstərsin. Mühakimə hakimiyyətinə müdaxilə edilməz , bunu hər kəs bilsin. Adil olmayan insanlara da mühakimə içində yer verilə bilməz . Özü ədalətli olmayan birisi necə ədalət təqdim edəcək ? Öz tə`yin etdiyindən , özün  şikayətçi olmayacaq şəkildə ədalətli insanları seç. Ədaləti sənin lehinə , müxalifətinin əleyhinə  işlədəni deyil , ədaləti tam  tətbiq edəni seç. Özü ədalətli olsun və də hüququ, qanunu bilsin ki, doğru ədalət yerinə gəlsin. Buna hamımızın ehtiyacı var.
 
 İslam tarixinə keçmiş bəzi sözlər var ha " Dünya iki gündür , bir gün sənə , bir gün mənə." Bu gün şərait lehinə olar , sabah əleyhinə olar. Bax o zaman ədalət axtararsan, tapa bilməzsən . Ədalət hər zaman lazımdır. Ədalətə  söykənməsək , zülmə necə dözərik ? Gəlin hamımız ədalətdən  tərəf olaq , mühakimənin həmsöhbəti kim olursa olsun , biz ədalətdən tərəf olaq. Ədalət hamımıza lazımdır.
 
 Allah ölkəmizi , millətimizi , dövlətimizi pis düşüncələrdən , pis planlardan , pis tətbiqçilərdən hər zaman qorusun. Düşməndən də qorusun. Hər zaman ərz ettiğim kimi , Allah müsəlmanları , millətimizi və cəmiyyətimizi şeytan, düşmənin , nadan dostun , cahil dostun, işbilmez dostun şərindən qorusun. Birliyimizi , dirliğimizi əlimizdən almasın . Vətənimizi böldürtməsin , bayrağımızı endirtmesin , əzanımızı  susdurmasın . Hər şeyin başında birliyimiz, dirliğimiz gəlir, Allah bunu pozmasın , pozmaq istəyənlərə fürsət verməsin.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.