Dünya Cafəri Alimlər Birliyi və Cafer -DER tərəfindən Məhəmməd Füzuli Nümayiş Mərkəzində təşkil edilən xatırlama fəaliyyətinə minlərlə adam qatılınca , salonda yer çətinliyi yaşandı.
Mərasimə , başda Türkiyə Cəfəriləri Lideri Səlahəddin Özgündüz olmaq üzrə , CHP İstanbul deputatı Əli Özgündüz , MHP baş sədr köməkçisi və İstanbul Millət vəkili Atilla Kaya , İran İslam Respublikası İstanbul Baş konsulu Muhsin Murtazaifer və Mədəniyyət Ateşəsi Həsən Şabanı , Vəlayət Tv baş direktoru Dr. Ayətullah Seyyid Məhəmməd Hüseyn Qəzvini , Cabir Başçısı Ş. Həsən Karabulut , CEM Vəqfi Ələvi İslam Din Xidmətləri Başçısı Cəlal Doğan , Caferider Başçısı Av. Sinan Qılınc , Halkalı Yunus Emre Cemevi Başçısı Qazi Arslan , Əl -Mustafa Universiteti Türkiyə mə`sulu Dr. Rasul Abdullahi , Zeynəbiyə Məscidi Dərnəyi rəhbərliyi , İfa İdman Klubu Başçısı Mehti Şeren və idarə heyəti , ATADER Başçısı H. Şüca Qaçan və idarə heyəti , Zəhra Ana Dərnəyi Başçısı Meftunə Atam və idarə heyəti , Ehlibeyt alimləri , Ələvi dədələri , təşkilat və quruluş nümayəndələrinin yanında minlərlə vətəndaş qatıldı.
Caferider Mətbuat müşaviri Qasim Alcanın aparıcılığını etdiyi Ərbəin proqramı , Cafəri alimlərimizdən Alican Görelin Quran - ı Kərim tilavətiylə başladı.
Quran - ı Kərimin oxunmasının ardından , Beynəlxalq Berlin Film Festivalı başda olmaq üzrə bir çox film festivalında mükafat alan , Türk rejissor Köken Ergün tərəfindən çəkilən Aşura adlı qısa film nümayiş edildi.
Daha sonra kürsüyə dəvət edilən Caferider Başçısı Sinan Qılınc , İmam Hüseyn (as) - ın tarixə qanıyla yazdığı mesajı , bu gün dünyaya çatdıran mətbuat mənsublarına təşəkkürü bir borc bildiklərini söylədi.
Qılıncın çıxışının ardından , Universal Aşura Matəm Mərasimi Mətbuat Mükafatları , sahiblərinə təqdim edildi.
Mətbuat Mükafatları Mərasimi sonrasında danışan Cabir Başçısı Həsən Karabulut etdiyi çıxışda insanların Enbiyanın sözlərinə " Ləbbeyk " demədiyi üçün ya nəfslərinə , ya İblisə , ya da müasir Fironlara kölə olduqlarını söylədi. Karabulut : "İmam Hüseyn ( as ) - ın şəhadətindən sonra o şəhidliyin nurunu aləmə əks etdirən Hz. Zeynəb - i Kubra , Əməvi xanədanının İslamın ruhuna vurduğu zənciri qırdı. Hz. Zeynəb ( sa ) və yanındakı xanımların əlləri zəncirliydi , amma ruhlarına , dillərinə və ağıllarına zəncir vura bilmədilər , Onlar , ağıllarına zəncir vurulmuş olan bir xalqı yenidən oyandırdılar. " dedi.
Karabulutun ardından , kürsüyə dəvət edilən Vəlayət Tv baş direktoru Dr. Ayətullah Seyyid Məhəmməd Hüseyn Qəzvini , əhli-sünnət qaynaqlarında İmam Hüseyn ( as )a ağlamağın fəzilətlərini izah etdi. "Biz burada Hz. Hüseyn ( as ) ın matəmi üçün toplandıq , çünki biz bunu Peyğəmbər Əfəndimizdən öyrəndik. Çünki Uhut döyüşündən sonra gördü ki Peyğəmbərimiz , hər kəs öz şəhidinə ağlayır , buyurdu ki," Mənim əmim Həmzəyə ağlayan yoxdur. " O gündən sonra ənsar xanımları toplandılar və Hz. Həmzə üçün toplanaraq Ona yas tutdular. "dedi
Daha sonra kürsüyə dəvət edilən CEM Vəqfi Ələvi İslam Din Xidmətləri Başçısı Cəlal Doğan , "Biz bütün Ehlibeyt sevdalıları gələcəyimizi qurtarmaq məcburiyyətindəyik , bu bizim vəzifəmizdir. Hz. Hüseyn əfəndimizin şəhadətinin 40-cı günündə , Hz. Zeynəbin gözyaşlarına ortaq oldunuz. Allah bizi qiyamətə qədər bu sevdadan ayırmasın . " dedi.
Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , Türkiyədə Səudiyyə neft- dollarlarının ölkəmizdə görünməyə başladığını söyləyərək , " Ümüdlənməsinlər , bu ümidləri boşa çıxacaq , haram puldur. " dedi. Vahhabiyətin dünyadakı səsi və müsəlmanların arasına fitnə və təfriqə soxmanın şeypuru olan bir kanalın Türkiyədə satın aldığı bir kanaldakı proqramda İmam Hüseyn ( ə.s) haqqında söylədiyi sözləri tənqid edən Özgündüz , "Deyir ki , Hz. Hüseyn zülmü ortadan qaldırmaq üçün döyüşdü deyirlər , bunu soruşmaq lazımdır , ortada nə zülm var idi ki , Yezid nə zülm işləmişdi ki? Əgər bu düşüncələrdəysəniz , Allah sizi Yezidlə həşr etsin, başqa nə deyim. " dedi.
Özgündüz'ün ardından səhnəyə dəvət edilən Ehlibeyt məddahı Babək Mehriyan , oxuduğu mersiye və sinəzənlərlə Ehlibeyt aşiqlərini göz yaşına boğdu.