13 Noyabr çərşənbə günü Halkalı Aşura meydanında Məhəmməd Füzuli arena teatrında yüz minlər , Cem Tv ekranlarında milyonlar İmam Hüseyn yasında görüşdü. Mərasimdə çıxış edən qonaqlar əhəmiyyətli mesajlar verdi.
CAFERİDER Başçısı Sinan Kılıcın çıxışının tam mətni:
"Bu gün Aşuradır . Kərbəla hadisəsinin baş verdiyi gün olan Məhərrəm ayının 10-cu gününün adıdır Aşura . O gün şəhidlər şahı Hz.Hüseyinin (ə.s ) mübarək başı gövdəsindən ayrılaraq Kərbəla çölünün qızğın qumlarına atılmış,dostları qılıncdan keçirilmiş, Peyğəmbər xanədanı qadınlar əsir edilmişdir.
Aşura , yalnız bir təqvim gününün adı deyil. Yalnız müəyyən bir gündə xatırlanıb sonra unudulacaq bir hadisə də deyil.
Aşura , İslamın ən ülvi dəyərlərlə təchiz etdiyii insanın xüsusiyyətlərinin , Hz.Hüseyin (ə.s) şəxsində konkret təcəllisidir. Zalımlara və məzlumlara , sonsuza qədər sürəcək universal ismarıcların verildiyi gündür. Aşura zalımlara səltənətin , mövqe və mövqelərin əsiri , maddənin və nəfsinin köləsi olanların uğrayacağı aqibəti , o gün qazandıqlarını zənnetsələr belə, Allahın hüzurunda və insanlığın vicdanında sonsuza qədər itirəcəklərindən göstərmişdir.
Məzlumlara da , inandıqları dəyərləri həyatları bahasına qürurla qorumanın , bu yolda bütün dünyəvi varlıqlarını fəda etmənin , zalım qarşısında o gün itirmiş kimi görünsələr belə, Allahın hüzurunda və insanlığın vicdanında sonsuza qədər qazananların özləri olduğunu göstərmişdir.
Bu mövqe, " Hüseyni mövqe " dir. Hüseyni mövqe , bir haqqın haqsız yollarla əldə edilməməsi lazım olduğunu və zalımların da heç bir haqqı , haqsız yollarla yox edəməyəcəklərinin ifadəsidir. Bu " Hüseyni mövqe ", həyatın qanunudur və bizi tərəfimizi seçməyə , ya Hüseynin yanında ya da Yezidin yanında iştirak etməyə məcbur edir. Heç şübhəsiz ki yaşadığımız həyat, seçdiyimiz bu tərəfə görə dəyər qazanacaq.
Yezidin tərəfini seçənlər , bu gün də əllərində Qur`an dillərində " Allahu Əkbər " nidasıyla , günahsız insanların başını kəsməkdə , ciyərini söküb yeməkdələr. Yezidin əsgəri olduqlarını söyləməkdən çəkinməyən bu azğın dəstəsi Hz.Hüseyinin ( sa ) "Dininiz yoxdursa, axirətə inanmırsınızsa, bari azad insan olun "ideyasını qə`bul etməkdən da çox uzaqdır.
Nə xoş bizlərə ki ; Əhməd Yəsəvinin , Hacı Bəktaş Vəliiərin , Mövlanaların , Yunus Əmrənlərin , Pir Sultan Abdalların Əhl-i Beyt eşqiylə yoğurub , sülh və qardaşlığı naxış naxış işlədiyi nəcib millətimiz Əhli Beytin, Hz.Hüseyinin tərəfini seçmişdir. Ləbbeyk ya Hüseyn !. Ləbbeyk ya Hüseyn ! "
Karabağ ve Türkiye Uçak Kazası Şehitlerine Terhim ve Taziye Programı
Hz. Fatıma (s.a) Arnavutköy’de Anıldı
Hz. Zeyneb'in (s.a) Viladeti Coşkuyla Kutlandı
Zeynebiye Camii Ve Kültür Merkezi Görkemli Bir Törenle Hizmete Açıldı!
