Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Hz. Hüseyn (ə.s)ın Aşura gecəsindəki sözləri

Allaha ən gözəl şəkildə səna edir, rifahına və çətinliyinə şükr edirəm. Allahım, bizi peyğəmbərliklə ucaltdığın üçün , bizə Qur'anı tə`lim etdiyin üçün , bizi dində qalib etdiyin üçün , bizə qulaqlar, gözlər və ürəklər verdiyin üçün və bizi müşriklərdən etmədiyin üçün həmd edirəm." 

12 Kasım 2013
Hz. Hüseyn (ə.s)ın Aşura gecəsindəki sözləri

"Mən, əshabımdan daha xeyirli və daha yaxşı əshab və Ehlibeytimden də daha sadiq və daha vəfalı Ehlibeyt tanımıram. Allah hamınıza məndən tərəf xeyirli mükafatlar versin! "

" Bilin ki, mən bu düşmənlərlə qarşılaşacağımız günün sabah olacağına inanıram. İndi siz sərbəstsiniz və məndən tərəf üzərinizdə bir mə`suliyyət yoxdur. Bu gecənin zülməti sizi örtmüşdür ; onu bir dəvə kimi tutun və hər biriniz, Ehlibeytimden birinin əlini tutsun ! Allah bir çıxış yolu göstərənə qədər öz kənd və şəhərlərinizə dağılın! Çünki bu insanlar yalnız məni istəyirlər və əgər mənə çatacaq olsalar , məndən başqasıyla məşğul olmazlar . "

Əhli Beyt ( as )'in və Səhabələrin Hz. Hüseynə Tasua Gecesi Verdiyi Cavab

Hüseynin (ə.s) qardaşları , oğulları, qardaşının oğulları və Abdullah b. Cəfərin oğulları belə dedilər: " Niyə belə edək? Senden sonra yaşamaq üçün mi ? Allah bunu bizə heç göstərməsin ! "Bunu əvvəl Abbas b. Ali demiş və ondan sonra digərləri təkrarlamış və ya bənzəri sözlər demişdilər. Hüseyn (ə.s ), Akil oğullarına belə buyurdu : "Ey Akil oğulları! Müslimin öldürülməsi sizə yetər ; sizə izin verdim, gedin! "Onlar da belə cavab verdilər :

O zaman xalq nə deyər bizə ? Böyüyümüzü , əfəndimizi , insanların ən xeyirlisi əmi oğullarımızı tərk etdik , onlarla bir ox atmadıq , bir mizraq tullamadıq , qılıncı sıyırmadıq və indi də başlarına nələr gəldi bilmirik mi deyək ? Allaha and olsun ki , bunu etməyəcəyik ! Uğrunda canlarımızı , mallarımızı və hər şeyimizi fəda edərək sənin yanında döyüşəcək və talehinə ortaq olacağıq . Allah səndən sonra yaşamağı murdar etsin!

Təbəri belə deyir: Sonra Müslim b. Avsece əl -Əsədi ayağa qalxaraq belə dedi:

Biz mi səni tək buraxacağıq ? Haqqını əda etmə barəsində Allaha bəhanəmiz nə olacaq? Allaha and olsun ki, onların sinələrində mızrağımı qırmadan, qulpu əlimdə olduğu müddətcə qılıncımı onlara sıyırmadan səndən ayrılmayacağam ! Döyüşəcək silahım olmasa belə onlara daş atacaq və sənin yanında öləcəyəm !

Sonra, Saad b. Abdullah əl- Hənəfi də ayağa qalxaraq belə dedi:

Allaha and olsun, Rəsulullahın ( sa a) yoxluğunu sənin haqqında koruduğumuzu Allahın bilməsi üçün səni tək buraxmayacağıq ! Allaha and olsun , əgər yetmiş dəfə öldürüləcəğimi , təkrar diriləcəğimi , diri-diri odda yandırılacağımı və külümün göyə savrulacağını bilsəm belə ölənə qədər səndən ayrılmayacağam ! Bir dəfə öldürüləcəğimi və ondan sonra əbədi bir səadətə yetişəcəyimə bildiyim halda niyə belə etməyim ki? !

Daha sonra Züheyr b. Kayne qalxaraq belə dedi:  

Allaha and olsun , sənin uğrunda öldürülməyi və təkrar dirilib yenə öldürülməyi və bunun min dəfə təkrarlanmasını və buna qarşılıq olaraq da Allahın , səni və Əhli-beytin gənclərini ölümdən qurtarmasını arzulayıram!

Ravi belə deyir: Hüseynin ( ə.s) səhabələrindən hər biri , bu şəkildə danışdı . Onlar belə dedilər:

Vallah, səndən ayrılmayacağıq ! Canımızı sənə fəda edəcəyik. Sənin uğrunda qanımızı , başımızı və qollarımızı verərək səni müdafiə edəcəyik. Biz ancaq öldürüldüyümüz zaman sənə olan əhdimizə vəfa etmiş və vəzifəmizi yerinə yetirmiş olarıq

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.